27 şagird fərqləndi

17:01 22-04-2019 | icon 496 | Təhsil
27 şagird fərqləndi

Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə Bakı şəhərində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin III Respublika müsabiqəsinin final mərhələsi keçirilib.

 

Versus.Az xəbər verir ki, müsabiqə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən illik ekoloji maarifləndirmə proqramına əsasən yaradılıb.

Bu il Respublika üzrə 2000-ə yaxın məktəbli arıçılıq, tərəvəzçilik, gülçülük, meyvəçilik, meşə məhsulları, quşçuluq və heyvandarlıq nominasiyaları üzrə iştirak edib. Müsabiqəsinin yekun mərhələsində 100 şagird finala vəsiqə qazanıb. Məktəblilər ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, səmərəli istifadəsi, bərpası və mühafizəsi üzrə maarifləndiriliblər.

 

Üç gün davam edən müsabiqə zamanı Azərbaycanın bütün rayonlarından gələn məktəblilər bir-birləri ilə daha yaxından tanış olub, gördükləri iş və təcrübələri paylaşıblar. Onlar həm elmi-praktiki baxımdan, həm də şəhərin gəzməli və görməli yerlərini gəzərək vaxtlarını səmərəli keçiriblər.
İştirakçıları il ərzində yetişdirdikləri ekoloji təmiz məhsul nümünələri paytaxt Bakı şəhərində yekun sərgidə nümayiş olunub. Münsiflər heyyətinin rəğbətini qazanan məktəblilərdən 27 şagird öz doğma şəhər və rayonlarına böyük nailiyyətlərlə qayıdıblar.

 

Xaçmaz rayonundan qatılan qaliblərdən biri olan Diana Bayramlının valideyni bu musabiqənin onun övladının peşə seçimində xüsusi rolunun olacağını vurğulayıb. İl ərzində böyük həvəslə bəslədikləri şitillərin, heyvanların, otaq bitkilərin qayğısına qalan uşaqlarda humanizm hissini daha da qabarıq hiss etdiklərini söyləyən müəllimlər, uşaqların təkcə maarifləndiklərinə görə deyil həm də asudə vaxtlarının daha səmərəli istifadə etdiklərinə görə təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Bakı şəhərindən olan məktəbli Səma Balayeva öz müsahibəsində yarış üçün yetişdirdikləri bitkiləri sərgiləyərək yer tutduqlarını bildirdi. Həmçinin bitkilərin qulluğa ehtiyacı olduğunu və onlara qayğısına qalmağın vacibliyini qeyd etdi. Səma bitkilərin həyat üçün vacib yaşam elementi olduğunu dedi. Qeyd etmək lazımdır ki, Səma müsabiqədə ilk dəfə iştirak etməsinə baxmayaraq nəsli kəsilməkdə olan bitki sortlarını yetişdirərək böyük uğur əldə edib.

 

Müsabiqənin mükafatlandırma mərasimindən dərhal sonra qaliblər öz təəsuratlarını bölüşüb. Onlar arasında Gəncə şəhərindən məktəblilər Çinarə Əliyeva və Məfruzə Əliyeva müsabiqənin təşkilatçılığının yüksək səviyyədə keçirildiyini, qiymətləndirmənin son dərəcə düzgün aparıldığını, onların burada müsabiqə günlərində istirahətlərinin çox gözəl təşkil olunduğunu, hər şeydən razı qaldıqlarını bildirdilər. Hətta uşaqların burada daim qalmaq istəklərini də bildiriblər.

 

Bu müsabiqənin şagirdlərin yeni-yeni ideyalarının gerçəkləşməsi üçün bir addım olacağını vurğulayan müəllimlər, növbəti illərdə də uşaqların böyük məmnuniyyətlə qatılacaqlarını söyləyiblər.

 

Yelmar Nəbiyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı