Qafqaz almanlarının nəvə-nəticələri Göygöldə

23:09 22-04-2019 | icon 440 | Cəmiyyət
Qafqaz almanlarının nəvə-nəticələri Göygöldə

Qafqaz almanlarının Azərbaycanda məskunlaşmasının 200 illik yubileyi və “Helenendorf şəhər bayramı”nın qeyd olunması münasibətilə Qafqaz almanlarının nəvə və nəticələrindən ibarət 30 nəfərlik qrup Göygöl şəhərini ziyarət ediblər.

 

Versus.Az zəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyəti və Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən tədbirdə çıxış edən Agentliyin sədri Fuad Nağıyev Azərbaycanda alman tarixi-irsinin bu günədək qorunub saxlanmasının tolerantlıq və multikulturalizm ənənələrinin inkişafından xəbər verdiyini vurğulayıb, bu irsin gələcəkdə xüsusi turizm məhsulu kimi istifadə olunma potensialı haqqında danışıb.

 

1819-cu ildə indiki Göygöl şəhəri ərazisində Azərbaycanda ilk alman məskəni "Helenendorf"un salınmasını təntənəli şəkildə qeyd etmək məqsədilə keçirilən tədbirdə Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrası və AvroQafqaziya (EuroKaukAsia) Elmi və Mədəni Araşdırmalar Mərkəzinin nümayəndələri də iştirak edib.

 

İştirakçılar həmçinin hazırda Şəmkir rayonu ərazisində yerləşən "Annenfeld" adlanan alman məskənini ziyarət edərək “Şərq ulduzu” şərab zavodunda regionun şərabçılıq ənənələri ilə tanış olublar.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 30 avqust 2016-cı il tarixdə “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncamına əsasən Azərbaycan və alman xalqları arasındakı münasibətlər tarixində önəmli yerə malik bu hadisənin qeyd olunması üçün tapşırıqların icrası çərçivəsində təşkil olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi