Gülümsəyin cənablar, gülümsəyin!

10:12 23-04-2019 | icon 156 | Köşə
Gülümsəyin cənablar, gülümsəyin!

Homoseksualist qulların “azadlığı”na və meydanlardakı ekstaz vəziyyətə

 İGİD TEYMURLU

 

Böyük amerikan yazıçısı Mark Tven yazırdı ki, “oxucum, elə zənn et ki, cən idiotsan. Sonra belə təsəvvür et ki, sən həm də Amerika Konqresinin üzvüsən... Ancaq öz aramızdır, axı deyəsən mən elə öz dediklərimi təkrar edirəm”... Gülümsəyin, cənablar, gülümsəyin!..

 

Üstündən illər ötsə belə yenə dünya həmin dünyadı, yenə idiotlar öndə, yenə bizlər həmin idiotlardan yol gözləməkdəyik!

 

26 iyun tarixi bizdə ordunun yaranma günüdür, Amerikada da ABŞ Milli Məhkəməsi bu tarixdə eynicinslilərin nigahının tanınmasıyla bağlı qərar qəbul etdiyi gün. Həmin məhkəmə lesbiyanlara, geylərə, biseksuallara, translara “gedin necə istəyirsinizsə, eləcə də bir-birinizlə evlənin” dedi. Bu “xoş xəbər”i duyar-duymaz Amerikadakı LGBT təşkilatlarının təzyiqi və istəyincə iyun ayı “ŞƏRƏF AYI” statusunu (!!!) alıb. Zaman faktoruna söykənəsi olsaq (axı hələ iyuna çox qalıb)? indi həmin adamlar şərəfsiz statusundadılar. Amerikanlar ölkələrindəki 70 mindən artıq Lut qövmünün davamçılarına bir təskinlik verməklə bir “şərəf”ə nail olublar. Bu, onların düşüncəsidir. Bizim düşüncəmizdəsə şərəf  torpaqdır, yurddur, eldir, obadır. Hər ilin 26 iyun tarixinə biz hesabatla çıxış etməliyik ki, şərəfimizə sahib çıxan ordumuz  bu il nəyi əldə edib və bizlər o orduya hansı əməlimizlə dəstəkçi olmuşuq? Qardaş Türkiyədə hər il qurban bayramında kəsilən qoyunların dərisini qardaşlarımız təmənnasız orduya verirlər ki, bordo bereliyə kürk tikin. Biz neynirik? Dəri biznesini monopoliyaya alıb para qazanırıq. Bunu görən şərəfsizlər də üstümüzə gəlməyə bir az da cürətlənirlər ki, bunlar üçün Vətən anlayışı sözdən o yana deyil...

 

Azlıqların hüququ ilk dəfə 2001-ci ildə Hollandiyada tanınıb. Artıq dünyanın 20-dən artıq ölkəsi də bunu qəbul edib, indi bütün mənlarda müxtəlif arientasiyalı kəslər kef çəkmək üçün bu ölkələrə axışır. Elə Azərbaycandan da. Və oradan bizə Vətən Sevgisindən, yurd sevgisindən dərs deyirlər.

 

Dərd orasındadır ki, belə adaxlıbazlığı dəstəkləyən LGBT təşkilatları artıq Azərbaycanda da özlərinə dayaq tapıblar. 6 rəngli bayraqlarıyla dünyanın bir çox şəhərlərində küçə aksiyaları keçirən LGBT (lesbiyan, geylər, biseksual, trans) təşkilatları və onların arxasında dayanan siyasi qüvvələr məhz bu amildən istifadə etməklə öz maraqlarını təmin edəcək geosiyasi məkanlarda yerlərini möhkəmləndirməyə çalışırlar. Və bu prosesdə hansısa “insan azadlıqları” adı altında manipulyasiya etmək əsas prioritetə çevrilib. Heç şübhəsiz ki, insan azadlığı, hüquq bərabərliyi deyilən şey bütövlükdə bəşəri səciyyə daşıyır. Və dövlətin hansı quruluşa malik olmasından asılı olmayaraq siyasi hakimiyyətlər mental dəyərlərə söykənərək bu azadlıqların təminatçısı qismində çıxış etməlidirlər. Nə yazıq ki, bu gün Qərb dünyasından Azərbaycana gələn ilğımın mahiyyətindəsə həmin mental dəyərlərin qorunması deyil, birbaşa məhv edilməsi dayanır. Belə yanaşmaya rəvac verən hallar sırasında heç şübhəsiz ki, psixi-fizioloyi pozuntularla yanaşı maddi durumun aşağı olmasını və bundan sui-istifadəni  də səbəb kimi göstərmək olar. Bizimkilərin gödəniyyət problemləri həll edilir, qərbli şərəfsizlərinsə siyasi fəndlərdən istifadə etməklə qazanmağa çalışdıqları bölgə maraqları. Bir loxma çörək həsrətilə vurnuxan Şərq homoseksualistlərin “azadlıq” ideyaları ilə imtahana çəkilir. Ölkələr “gerçək duruma düzən vermək” adıyla LGBT təşkilatlarının yerli modelləri tək səhnəyə çıxarılır. Para hesabına millətlərin mənəviyyatı zorlanır. Alçaq qəlblər qul vəziyyətində olanda özlərini daha azad hiss edirlər. Dəlilərin davranışı çox zaman başqalarını əməlli-başlı özünə cəlb edir. Bu gün meydan psixologiyasıyla “mübarizə aparanlar” 8 mayda, 18 mayda ....26 iyun tarixində özlərinə hansı hesabatı verə bilərlər.

 

Dövlətin içində narazı qüvvələrin yetişdirilməsi və cəmiyyətdə çaşqınlıq yaratmaq üçün hər an istifadə oluna biləcək potensial qüvvənin əldə caxlanılması bütün zamanlarda maraqlı tərəfin əlində ciyasi kabus olaraq fəaliyyətdə olub. Bir müddət öncə hansısa rəsminin qızının öz həmcinsi olan ABŞ Konqresinin üzvüylə nigahında, sonra  da atası universitet rektoru olan bir qızın LGBT təşkilatlarına dəstəyində, həmçinin “tanınmışlar”ın səviyyəsiz və bəlkə də içlərindən gələn münasibətlərində o kabusun fizioloyi konturları apaydın sezilməkdədir. Bu mənada hansısa  azərbaycanlı qızın və millət vəkilinin açıqlaması isə artıq PAPAQ MƏSƏLƏSİndə milləti dilemma ilə üz-üzə qoyub. “Mənim qızım həm də atamın qızıdır və biz həm də bacıyıq” deyən azərbaycanlı qızın açıqlaması qərbli şərəfszilər üçün zamanında  sevindirici xəbər  olsa da, ancaq bizlərin uçurumun başında olmağımızın göstəricisi idi. Belə gerçək halımıza müqabil hansı addımlar atılb? “Mübarizə aparanlar”ımız özümüzə qayıtmaqdansa, bir az da irəli gediblər.

 

Milli idiotlarımız da qərbli ÜZDƏNİRAQLARdan erotik büt yaradıb onlara sitayiş etmədədilər.

Əfəndilər, bütlərə sitayiş etmənin yanlışlığı hələ dərk edilməyibmi!? Üstündən 30 il keçib, ay Allah evinizi yıxsın, Qarabağada doğulan Xorenin indi 30 yaşı var! Siz hələ də ayrı-ayrı cəbhədə şirin nağıllar uydurur və şirin nağıllara uyursunuz! Vaxtilə mərhum prezident Heydər Əliyev konqresmenlərin də dəstək verdikləri ATƏT-in yarıtmazlığını görəndə onlara ismarıc formasında “lazım gələrsə Azərbaycan öz torpaqlarını hərb yoluyla geri qaytaracaq!” tipli bəyanat səsləndirmişdi. Onun bu yestinə  Nollenberq adlı konqresmenin münasibəti belə olmuşdu: “SSRİ dağılandan sonra Azərbaycan Dağlıq Qarabağı öz tərkibinə qatmaq üçün  Ermənistana qarşı hərbi əməliyyatlara başlayıb, lakin ermənilər öz dədə-baba torpaqlarının işğalına imkan verməyiblər”...

 

Gör o zamanın üstündən neçə il keçib və bizimkikilər hələ də məsumcasına okeanın o tayına, Qərbə boylanırlar! Nə Qərbdən, nə Amerikadan, nə Rusiyadan bizə dəstək gəlməyəcək. Bizim dəstəyimiz Azərbaycan Əsgəridir, çıxış yolumuz da türk-müsəlman birliyini əldə edib antiterror yoluyla torpaqlarımızı işğaldan azad etməkdədi.

 

“BMT-nin qəbul etdiyi Qətnamələr zaman etibarilə öz qüvvəsini  itirib”. Bir zaman bunu Medvedyev söyləyəndə biz beynəlxalq yanaşmaya gecdən gec olsa da, tüpürməliydik. Və deməliydik ki, ay idiotlar, “zaman etibarilə qüvvəsini itirən” Türkmənçay müqaviləsidir ki, bu hüquqi sənədi imzalayan subyektlərin heç biri faktiki yoxdur. Və bütün müstəvidə dünyada sayı 60 milyona yaklaşıq olan Azərbaycan türkünün cəm olması istiqamətində iş aparmalı, mübarizəmizdə strateji kurs götürülməliydi. Amma birimiz havaya, birimiz suya, birimiz də quruya dartmaqdayıq...

 

Başqasının göstərişiylə hərəkət etməyi həyat kredosuna çevirən bir qisim konqresmenləri MARK TVEN bit-birə obrazında görüb deyirdi: “Hətta bitləri, birələri elə öyrətmək olar ki, Konqres üzvlərinin elədiklərini edə bilsin”. Bu baxımdan məsələyə yanaşanda demək mümkündür ki, torpaqlarımızın azad edilməsi prosesində onların təqdim etdikləri variantlar, demokratiya, insan haqları heç də əsil gerçəklik deyil, sadəcə olaraq, təqdimatda rənglərin akustikası var. Rəngbərəng demokratiya carçıları indi də Şərqi MAVİ RƏNGƏ boyamağa çalışırlar. Biz də onlara öz kimliyimizi anlatmalı, bir yumruq halında birləşməklə hədəfləri düzgün müəyyənləşdirib zərbə anında birgə hərəkət etməyimizlə bağlı konkret addımları ortaya qoymalıyıq. Hələliksə, homoseksualist qulların verəcəkləri “azadlığa” və millilikdən danışanlarımızın ekstaz vəziyyətlərinə gülümsəyin cənablar, gülümsəyin!..

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı