Yük göndərmə qaydaları dəyişdirilir

13:57 23-04-2019 | icon 624 | İqtisadiyyat
Yük göndərmə qaydaları dəyişdirilir

Azərbaycanda yük göndərənin və ekspeditorun məsuliyyəti gücləndirilir.

 

Versus.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, Məcəllənin 851-ci maddəsinə (Yük göndərən və yük alan) "Daşıyıcı" anlayışı əlavə olunur: "Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir".

Yeni 853.1-1-ci maddədə bildirilir ki, yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün aidiyyəti sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir.

 

Dəyişikliyə əsasən, ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.

 

Qanun layihəsi yük daşınması müqaviləsinin, o cümlədən yük göndərən anlayışının dəqiqləşdirilməsi, daşıyıcı və yük alan anlayışlarının müəyyən olunması, habelə yük göndərənin və ekspeditorun (daşıyıcılar vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxs) məsuliyyətinin gücləndirilməsi məqsədilə hazırlanıb.

 

Müasir dövrdə daşımalarda ekspeditorların rolu artır. Belə bir şəraitdə ekspeditora qarşı yaranan tələblərin icra mexanizminin olması, o cümlədən məhkəmədən öncə pretenziya irəli sürülməsi imkanının nəzərdə tutulması ekspeditorun məsuliyyətini artırmaqla, mübahisələrin daha çevik həllinə imkan yaradır. Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı