Deputat qazdan istifadəyə qoyulan limitin artırılmasını təklif edib

14:06 23-04-2019 | icon 579 | İqtisadiyyat
Deputat qazdan istifadəyə qoyulan limitin artırılmasını təklif edib

Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında qazdan istifadəyə qoyulan limitin artırılması ilə bağlı təkliflə çıxış edib.

 

Versus.Az xəbər verir ki, deputat bildirib ki, əhalinin müxtəlif təbəqələrindən edilən müraciətlərə əsaslanaraq qaza qoyulan limit qaldırılmalıdır:

 

"İsrafçılığın qarşısını almaq üçün limitin olması normaldır. Hazırda 1700 kubmetr limit qoyulub. Təklif edirəm ki, bu limit qaldırılsın. Çünki həyət evlərində yaşayan, ödəniş imkanı aşağı olan insanlar o limitdən çox əziyyət çəkirlər. Böyük problemlər yaşayırlar. Təbii ki, məsələn, istixanaların ödəmə imkanları var. Aztəminatlı əhali üçün bu, böyük problemdir. Çox istərdim ki, müvafiq qurumlar bu məsələyə diqqət yetirsinlər və limit iki dəfə qaldırılsın".

 

F.Mustafa yol-nəqliyyat məsələlərinə də toxunub:

"Dayanacaqlar yuyulmur. Piyada zolaqlarının böyük hissəsi çəkilməyib. Məsələn, Sabunçu rayonunun əksər qəsəbələrində bu zolaqlar çəkilmir. Bununla bağlı məsələlərə diqqət edilməlidir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”