Azərbaycan türkləri və ermənilər arasındakı konfliktə fasilə verildi...

20:45 23-04-2019 | icon 140 | Tarix
Azərbaycan türkləri və ermənilər arasındakı konfliktə fasilə verildi...

...1980-ci illərdə yenidən alovlanması üçün

 

Birinci Dünya Müharibəsi zamanı Rusiyanın hərbi hakimiyyəti ermənilər və azərbaycan türkləri arasında 1905-ci il iğtişaşlarının təkrar olunmasına imkan vermirdi. Lakin Rusiya hakimiyyətinə son qoymuş rus inqilabı zamanı düş­mənçilik yenidən alovlandı. Azərbaycanın ən iri şəhəri olan Bakı əhalisi əsasən türklərdən, ermənilərdən və ruslardan ibarət idi. Zaqafqaziyanın bu hissəsindəki neft səneyesinin yüksək inkişaf səviyyəsilə bağlı olaraq o zaman Bakı çoxsaylı fəhlə sinfi olan sənayeləşdirilmiş şəhər idi. Odur ki, rus inqilabının təsiri Zaqafqaziya regionunun digər hissələrindən fərqli olaraq Bakıda özünü daha geniş biruzə verdi. Şəhər Bakı Kommunası adlandırılan inqilabi hökümət tərə­findən idarə olunurdu. Burada hakimiyyət əsasən daşnakların və bolşeviklərin əlində cəmləşmişdi.

 

Ermənilər və bol­şeviklər hiss edirdilər ki, müsəlman siyasi partiyası ilə təmsil olunan türklər inqilabdan çox Osmanh imperiyasından olan öz din qardaşlarına loyal münasibət bəsləyirlər. Küçə­lərdə bir-birinə qarşı ədavət hissi bəsləyən ermənilər və türklər arasında döyüşlər başladı. Bolşeviklər ermənilərə kömək etdiyi üçün türklər asanlıqla məğlub edildilər və nəticədə qırğınlar törədildi (1918-ci il martın 30-dan aprelin 1-dək). Ancaq şəhərin özündə 8.000-dən 12.000-dək müsəlman öldürüldü. Bakının türk sakinlərinin yarısı qaçmağa məcbur oldu. Osmanh ordusunun Qərbi Qafqazın dərinliklərinə hə­ rəkət etməsilə bağlı erməni qüvvələri Bakını tərk etdi və türklər qisas almağa başladı. Sentyabrın 14-dən 15-nə ke­çən gecə 9.000-ə yaxın erməni öldürüldü. Sentyabrın 16-da osmanlılar şəhərə daxil olaraq əmin-amanlığı bərpa etdilər.

 

İlk dövrlərdə Azərbaycanın qalan hissələrində Azərbaycan türkləri son dərəcə pis vəziyyəti idi. Müqayisə olunacaq dərəcədə yaxşə silahlanmış erməni qüvvələri türk kəndlə­ rinə basqın edirdi. Onların məqsədi türkləri qaçmağa məcbur etmək, bununla da erməni dövlətinin sərhədlərini genişləndirmək və təhlükəsizliyini təmin etməkdən ibarəd idi. Əvvəl onlar uğur qazanırdılar. Amerika kəşfiyyat mənbə­ lərinin hesablamalırına görə 60.000 türk qaçqın vəziyyətinə düşmüş, 420 müsəlman kəndi ermənilər tərəfindən dağıdılmışdı. İrəvan quberniyasında erməni höküməti türklərə qarşı ənənəvi təmizləmə siyasəti tətbiq etdi. Kütləvi qətllər və kəndlərin dağıdılması sonuncuları öz doğma yerlərini tərk etməyə təhrik edirdi. Konfliktin sonunadək 180.000 müsəlman, yaxud İrəvan quberniyasının müsəlman sakinlərinin üçdə ikisindən çoxu öldürülmüş və ya qaçqına çevrilmişdi. 1920-ci ilədək Azərbaycan türkləri öz dövlətini möhkəmlətdi və müqavimət göstərə bilmək imkanına malik oldu. Buna şimal-şərqi Anadolunun güclənməkdə olan türk millətçiləri kömək etmişdi. Onlar erməniləri İrəvan quberniyasının təxminən əvvəlki sərhədlərində saxlayırdılar. Anadoluda, Qarsda və Bakıda olduğu kimi mülki erməni əhalisi yenə də qaçıb-qurtulmaq məcburiyyətində idi. Onlar Ermənistan Respublikasına üz tutaraq İrəvan türklərinin yerlərini tuturdular. Nəhayət, Zaqafqaziyanın sovetlər tərəfindən işğalı nəticəsində Azərbaycan türkləri və ermənilər arasındakı konfliktə fasilə verildi, 1980-ci illərdə yenidən alovlanması üçün.

 

C.Makkarti, K.Makkarti “Türklər və ermənilər” (Bakı, “Səda”, 2011) kitabından

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK