Sumqayıtda yeni yaşayış massivləri telefonlaşdırılacaq

21:11 23-04-2019 | icon 543 | İqtisadiyyat
Sumqayıtda yeni yaşayış massivləri telefonlaşdırılacaq

Sumqayıt sakinlərinin telekommunikasiya xidmətlərindən istifadə imkanları genişləndirilir.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Versus.Az-a verilən məlumata görə, həyata keçirilən pilot layihə çərçivəsində yaxın gələcəkdə telefondan istifadə tutumunun 18 000 nömrə artırılaraq 77 600-ə, internetdən istifadə tutumunun isə 52 784 artaraq 75 136 abunəçi sayına çatdırılması nəzərdə tutulur.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC Sumqayıt Telekommunikasiya Qovşağı tərəfindən həyata keçirilən işlər nəticəsində telekommunikasiya şəbəkəsində çöl tipli (outdoor) 39 avadanlıq quraşdırılıb və 35 km fiber-optik (FO) kabel çəkilib.

 

Hazırda mövcud şəbəkədə olan abunəçilərin mərhələli şəkildə yeni avadanlıqların üzərinə köçürülmə prosesi çərçivəsində 13 avadanlıq istismara verilib.

 

Nəticədə 3512 telefon və 2105 internet istifadəçisinə yeni avadanlıqlar üzərindən daha keyfiyyətli xidmətlər təqdim olunur.

 

Bundan başqa, “Evədək Fiber” (Fiber to the Home – FTTH) şəbəkəsinin tikinti-quraşdırılma işləri də icra olunmaqdadır.

Yeni inşa olunmuş binalarda çox xidmətli çıxış nöqtəsi (Multi-Service Access Node – MSAN) avadanlıqları ilə yanaşı, Gigabit tutumlu Passiv Optik Şəbəkənin (Gigabit Passive Optical Network – GPON) tikinti-quraşdırılma işləri də davam etdirilir.

Nəzərdə tutulan işlər çərçivəsində şəhər ərazisində və yeni salınan yaşayış məntəqələrində (Xəzər bağları, Yaşıl dərə massivi) müasir şəbəkələr qurulub istifadəçilərin ixtiyarına verilir.

Tikinti işləri ilə yanaşı, mütəmadi olaraq mövcud abunəçi şəbəkələrində də təmir-bərpa işləri aparılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi