DNT analizinin aparılması qaydası müəyyənləşdi

09:08 24-04-2019 | icon 121 | Sağlamlıq
DNT analizinin aparılması qaydası müəyyənləşdi

“Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası” təsdiqlənib.

 

Versus.Az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov imzalayıb.

 

Qanuna əsasən ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər və xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad) məcburi dövlət genom qeydiyyatından keçirilir. Naməlum meyitlər də məcburi dövlət genom qeydiyyatından keçirilməlidirlər.

 

Məcburi dövlət genom qeydiyyatından keçirilən şəxslərdən bioloji material aşağıdakı qaydada götürülür:

- ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslərdən bioloji material təhqiqat orqanlarının əməkdaşları, ibtidai istintaq orqanlarının əməkdaşları və ya həmin orqanların müraciəti ilə Daxili İşlər Nazirliyinin kriminalistika xidmətinin əməkdaşı tərəfindən;

- şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərdən, xəbərsiz itkin düşmüşlərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) bioloji material məhkəmə, əməliyyat-axtarış fəaliyyətini, təhqiqat və ya istintaqı həyata keçirən orqanların qərarına əsasən DİN-in kriminalistika xidmətinin əməkdaşı tərəfindən.

Məcburi dövlət genom qeydiyyatından keçirilən naməlum meyitlərdən bioloji material qismində qan, tük, dırnaq, diş, sümük və ya orqanizmin digər ifrazatlarından və ya toxumalarından biri və ya bir neçəsi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində meyitin müayinəsi zamanı DİN-in kriminalistika xidməti əməkdaşı tərəfindən götürülür. Könüllü dövlət genom qeydiyyatından keçirilən şəxslərdən bioloji material aşağıdakı qaydada götürülür:

- könüllü dövlət genom qeydiyyatından keçmək istəyən Azərbaycan Respublikasının vətəndaşlarından, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərdən və ya vətəndaşlığı olmayan şəxslərdən bioloji material onların DİN-ə ünvanlanmış yazılı ərizələrinə əsasən DİN-in kriminalistika xidmətinin əməkdaşı tərəfindən;

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış Azərbaycan Respublikası vətəndaşlarından, həmçinin yetkinlik yaşına çatmayanlardan bioloji material onların qanuni nümayəndələrinin DİN-ə ünvanlanmış yazılı ərizələri əsasında və həmin nümayəndələrin iştirakı ilə DİN-in kriminalistika xidmətinin əməkdaşı tərəfindən.

 

Şəxslərdən götürülmüş bioloji materialın qablaş-dırılmasının üzərində şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar göstərilir. Naməlum meyitlərdən götürülmüş bioloji materialın qablaşdırılmasının üzərində materialın götürüldüyü yer, tarix, saat, mahiyyəti və təsviri, bioloji materialı götürən şəxsin iş yeri, vəzifəsi, soyadı, adı və atasının adı qeyd olunur. Müvafiq qaydada götürülmüş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün DİN Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilir. Əldə olunmuş bütün bioloji materiallar +40C temperaturda soyuducu konteynerdə qorunur və 24 saatdan gec olmayaraq təyinatı üzrə çatdırılır.

 

Göndərilən bioloji materialın məlumatında aşağıdakılar qeyd olunur:

- genom qeydiyyatının aparılmasının əsası və tarixi;

- məcburi dövlət genom qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar;

- bioloji materialı götürmüş və məlumatı hazırlamış təhqiqat orqanlarının, ibtidai istintaq orqanlarının adı və ya DİN.

DNT analizinin aparılması üçün daxil olan bioloji materialın müşayiət sənədləri DİN-in Kriminalistik Tədqiqatlar İdarəsində qeydiyyatdan keçirildikdən sonra uçota alınır. Bioloji materialın uçotu 3 istiqamətdə aparılır:

- məcburi dövlət genom qeydiyyatından keçirilmiş şəxslərin bioloji materialının uçotu;

- könüllü dövlət genom qeydiyyatından keçirilmiş şəxslərin bioloji materialının uçotu;

- naməlum meyitlərdən götürülmüş bioloji materialın uçotu.

 

Şəxslərdən götürülmüş bioloji material DNT analizi başa çatana və DNT profili əldə olunanadək, xüsusi soyuducuda müvafiq şəraitdə saxlanılır. Naməlum meyitlərdən götürülmüş bioloji material DNT analizinə daxil olduğu andan xüsusi soyuducuda müvafiq şəraitdə saxlanılır. Analiz başa çatdıqdan və müvafiq sənədlər tərtib olunduqdan sonra bioloji material 3 iş günü müddətində sorğu verən orqana qaytarılır. Dövlət genom qeydiyyatının keçirilməsi məqsədilə daxil olmuş bioloji material DNT analizinin keçirilməsi və DNT profilinin əldə edilməsi üçün istifadə olunur. Şəxslərdən götürülmüş bioloji material DNT analizi və DNT profilinin əldə olunması zamanı tam istifadə edilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı