“DİFAİ FƏDAİLƏRİ”, “BU, SƏNİN XALQINDIR”MI?

10:35 24-04-2019 | icon 732 | Köşə
“DİFAİ FƏDAİLƏRİ”, “BU, SƏNİN XALQINDIR”MI?

Rüstəmxanlının Əhməd Ağaoğlu müraciəti və mədəniyyət nazirinin açıqlaması

 

İGİD TEYMURLU

 

Mədəniyyət naziri deyil e, məntiqlə mədə niyyətli nazirdir... Deməli, xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı 2 il bundan öncə bir əsər yazıb. Adı da "DİFAİ FƏDAİLƏRİ"dir. Əsərdə Azərbaycanın varoluşu uğrunda mübarizə aparan ƏHMƏD AĞAOĞLU və onun mübarizə yoldaşlarının həyatı, milli kimliyimizə, torpaqlarımızın bütövlüyünə qənim kəsilən ermənilərin iç üzü açıb göstərilir və buna münasibətdə toparlanmamızın konseptual formatı ortalığa qoyulur...


Belə bir əsərin ssenarisi əsasında film çəkilməsinə görə ona edilən müraciətə görün bu mədəniyyət naziri nə deyir: “imkan olanda bu məsələyə qayıdarıq”..

!!!!!!!!!


Bax burda deyirlər ki, ay məni qınayan......day dalısını demirəm, ralli yarışı keçirilir, şəhərimizdə qonaqlar var, "perevodçik"lər yazdıqlarımı tərcümə edər onlara, biabır olarıq.

 

Necə yəni, “imkan olanda”? Cənab Qarayev Əbülfəs, biz düzü dünyaya bəyan edirik ki, “Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsi bizik”. Amma siz deyirsiniz ki, “imkan olanda”.  İndi bax elə sən Qarayev Əbülfəsin həmin sözünü də "perevodçik"lər tərcümə edib ralli yarışına baxmaq üçün təşrif buyurmuş qonaqlara desələr, necə bilirsiniz, onda biz bir dövlət olaraq biabır olmarıq, ay Allah Sizi....

 

Qarayev Əbülfəs müəllim, sən bütün dəyərlərimizi alt-üst edən səviyyəsiz serialların çəkilişi üçün "imkan" tapırsan, ancaq "DİFAİ FƏDAİLƏRİ"nə ekran həyatı vermək üçün yox!?


Siz nəyin peşindəsiniz, cənab Qarayev Əbülfəs?


Cənab Prezident İlham Əliyev Əhməd Ağaoğluyla bağlı sərəncam imzalayır, bir xalq şairi, dövlətçiliyimizi və millətçiliyimizi hər şeydən üstün tutan bir partiya sədri, Azərbaycanın Müstəqillik Aktına imza atan Fədai, milli özünüdərkimizlə bağlı yazdığı əsərləri Sənin boyundan və Sənin çəkindən min dəfələrlə artıq olan bir Qələm Əhli, "Qan yaddaşımız"ı silkələyən, "Ömür kitabımız"ı yazan, rəhmətlik Heydər Əliyev, Əbülfəz Elçibəy kimi dövlət Adamlarımızın siyasi və ədəbi fəaliyyətinə böyük dəyər verdikləri, 400 milyonluq Türk Dünyasının seçilmişlərindən biri olan Sabir Rüstəmxanlının yazdığı "DİFAİ FƏDAİLƏRİ" bəyəm sənin para xərclədiyin seriallardan ucuzdurmu, cənab Qarayev Əbülfəs!?


Sən Qarayev Əbülfəsin bu məsələyə barmaqarası yanaşması adamın qəlbində şübhə toxumları əkir ki, ey vaah, bu da....day dalısını demirəm!!!!


Sən Qarayev Əbülfəsin Rüstəmxanlıya qarşı lap pataloji nifrəti də ola bilər, ondan mənə nə? Mən sən Qarayev Əbülfəsin iç dünyasının əsirimi olmalıyam!?

 

Sən Qarayev Əbülfəs mənim "Qan yaddaşım"a, mənim "Ömür kitabı”ma, mənim “Göy Tanrı” dualarıma, mənim “Xətayi yurdu”ma qənimmi kəsilmisən!?

 

Cənab nazir, açıqlamanızla sizi tanıdıq. Nə qədər gizləməyə çalışsanız da, diliniz sizi bəyan etdi. Millətimizin ruhunu içində yaşadan, onu əzizləyən, onu oxşayan, ona ata nəvazişi göstərib, ona bala xidmətində dayanan Rüstəmxanlını “Tanımaq istəsən”, deyim bil. Rüstəmxanlı bu dövlətin, bu millətin naminə “Ölüm Zirvəsi”ni adlayıb. Rüstəmxanlı “Didərginlər”in, “Cavad xan”ın harayına çatıb, Rüstəmxanlı “Gəncə qapısı”na sahib çıxıb. 400 milyonluq Türk Dünyasının Fədailəri hər zaman “Xəbər gözləyirəm” deyəndə Rüstəmxanlı qələmlə silahlanan əsgər olub, millətimizi “Sunami” təhlükəsindən xəbərdar edib... Rüstəmxanlı sənin kimi “Qız atası”nın, “Bacanaqlar”ın evinə üz tutmayıb, Qarayev Əbülfəs. Rüstəmxanlı parçalanmış Vətənimizin sınırlarına üz tutub, “Sağ ol, ana dilim” deyib, hansı ki, sənin kimilər burada kürsüdə otura-otura öz doğma türkcəmizdə danışmağı özünüzə sanki ar bilirsiniz.

 

Ancaq sizdən fərqli olaraq və sizdən neçə illər öncə rəhmətlik Heydər Əliyev bütün nədənlərə baxmayaraq “imkan” tapıb Rüstəmxanlının özünü və sözünü qiymətləndirib.

 

Ancaq sizdən fərqli olaraq rəhmətlik Əbülfəz Elçibəy Rüstəmxanlını haqsız tənqid edən jurnalistə “sən əxlaqınımı yedin Rüstəmxanlını hədəf seçəndə!?” deyib, Sabir bəyin Yerini müəyyən edib...

 

Belə misalllar yetərincədir. Bu baxımdan siz Rüstəmxanlını qiymətləndirmək üçün çox balacasınız, cənab nazir, çox. Kürsüdə oturmaq sizin böyüklüyünüzə dəlalət etmir.

 

“Difai fədailəri”iylə bağlı bildirdiyiniz münasibət də həmin balacalığınızın göstəricisidir.

 

Görünür, sizə görə budur Rüstəmxanlının suçu? Və ol səbəbdən də “Difai fədailəri”nə film çəkilməsi üçün hələ ki, imkanın olmadığını bildirirsiniz.

 

“Difai fədailəri”nə ekran həyatının verilməsi, bununla bağlı filmin çəkilməsi günümüzün zərurətidir. Siz bu zərurəti görmürsünüzsə, demək ki, hələ də Umudlu soyqırımlarının olması təhlükəsi var. Siz mədə niyyətli deyil, mədəniyyət naziri olaraq bütün nədənlərə baxmayaraq “Difai fədailəri”nin ssenarisi əsasında film çəkilməsinə qol qoyacaqsınızsa, onda bu da o demək ki, bütün “Difai fədailəri”mizə fəxrlə deyə bnilərik ki, “Bu, sənin xalqındır”... Əks təqdirdə isə...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?