HƏKİM: “Allergiya” -deyib keçməyin /VİDEO/
Nərminə Abbasova: “Bunların allergik xəstəliklərin yaranmasına böyük təsiri var”
Mayomed Medical Fizioterapiya və Reabilitasiya Mərkəzinin həkim-terapevti NƏRMİNƏ ABBASOVA Allergiya xəstəliyinin əlamətləri və müalicəvi əhəmiyyətindən danışıb.
Versus.Az həkimin məsləhət və tövsiyyələrini təqdim edir:
Allergiya - immun sistemi xəstəliyidir, immun sistemində yaranan patalogiya nəticəsində ortaya çıxır. Bədənə daxil olan allergenə qarşı orqanizmin həssaslığı və güclü reaksiyasıdır. Allergiyanın fizioloji mexanizmi orqanizmada yaranan antitelin əmələ gəlməsidir. Allergiya zamanı antitelin antigenlə birləşib qanda Serataninin, Bradikinin və Gistaminin miqdarını artırır. Bu da qan damarlarının divar keçiriciliyini artırdığı üçün dəridə ödəm şəklində meydana çıxır.
Allergiyanın yaranma səbəbi:
Dərmanlardan həddindən artıq istifadə, parazital xəstəliklər, infeksion xəstəliklər, mədə-bağırsaq sistemi xəstəliklərindən qalmış fəsadlar və sair, allergik xəstəliklərin yaranmasına böyük təsir edir.
Allergik reaksiyaların növləri:
Pollinoz, qida allergiyaları, dərman allergiyaları, kontaktnı dermatit, Bronxial astma xəstəliyi və s. şəkildə özünü göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, insanların hər 7 nəfərdən biri allergiyadan əziyyət çəkir. Ümumi xəstəliklər sırasında allergiya xəstəliyi 4-cü yerdədir.
Allergiya xəstəliklərinin simptomları:
Selikli qişalarda qıcıqlanma, asqırma, öskürmə, ümumi zəiflik, əzələlərdə ağrı, dəridə səpkilər şəklində özünü büruzə verir.
Allergiya xəstəliklərinin müalicəsi üçün bəzi müayinə metodlarından istifadə olunur. Bunun əsasını laborator müayinələr təşkil edir.
Müalicənin ilk başlanğıcında allergendən təması aradan qaldırmaq lazımdır. Antigistamin preparatlardan istifadə edilir. Eyni zamanda, hidrokolonoterapiyadan da istifadə olunur.
Müalicənin əsasından birini də allerqovaksinasiya təşkil edir. Klinikamızda bu da həyata keçirilir.
Bu müalicələrlə, yəni medikamentoz müalicələrlə yanaşı klinikada fizioterapevtik müalicələrdən də istifadə edirik. Bunlardan Plazmafarez, Maqnitoterapiya, Fonofarez və sair proseduralardan istifadə edirik.
Versus.Az
Xəbər lenti
Klipi üçün 10 kilo çəki atdı
Pərviz Mahmudov "Vurulmuşam" dedi