Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaq
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu təkcə Türkiyə, Gürcüstan və Azərbaycanı deyil, həmçinin Çin və Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirir.
Versus.Az trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turxan deyib.
Nazir bildirib ki, bu qeyd olunanlar Bakı-Tbilisi-Qars dəmiryol dəhlizini strateji əhəmiyyətli layihə edir.
O əlavə edib ki, yaxın illərdə BTQ-nin əhəmiyyəti daha da artacaq.
Qeyd edək ki, ilkin mərhələdə Bakı-Tbilisi-Qars dəmiryolu ilə yükdaşımanın həcmi 6,5 milyon ton yük səviyyəsində olacaq, həmçinin 1 milyonadək sərnişin daşınacaq.
Versus.Az
Xəbər lenti
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR
Bu il Zəngilan sakinləri öz evlərinə köçəcəklər