Gülyaz Məmmədova adına olan milyonluq obyektdən danışdı: 

13:27 24-04-2019 | icon 528 | Hadisə
Gülyaz Məmmədova adına olan milyonluq obyektdən danışdı: 

Bu gün deputat Cavanşir Feyziyev sabiq deputat, “Quska” ləqəbi ilə tanınan Hüseyn Abdullayevin milyonlarla dəyəri olan əmlakını satın aldığı barədə məlumat dərc edilib.

Versus.Az xəbər verir ki, məlumatda bildirilir ki, həmin obyekti Cavanşir Feyziyevin adamlarının iştirakı ilə 3 nəfərin adına sənədləşdirilib. Maraqlıdır ki, həmin 3 nəfərdən biri müğənni Gülyaz Məmmədovadır.

Məsələ ilə bağlı Musavat.com-un əməkdaşı müğənni ilə əlaqə saxlayıb. Müğənni obyekt aldığını təsdiqləyib: “Cavanşir Feyziyev bizim qohumumuzdur. Ona görə də jurnalistlər bu məsələdə bağlılıq axtarır. Hamı əmlak ala bilər, bəli, mən də əmlak almışam, amma özüm almışam və obyekt mənim adıma olub. Bu çoxdan olub-bitmiş məsələdir, kimsə qurdalayıb, ortalığa çıxardır. Məsləhət görürəm ki, açılıb-ağardılmasın. Ümumiyyətlə son vaxtlar sənətinə hörmət edən şəxslər barəsində başqa söhbətlər, məlumatlar dərc edirlər. İnsanlar boş qalmır. Müğənnilərdən nə istəyirlər?”.

Müğənni “Quska” ləqəbli Hüseyn Abdullayevi tanımadığını da bildirdi: “Hüseyn kimdir? Mən ümumiyyətlə onu tanımıram”.

Qeyd edək ki, sözügedən obyekt Bakının mərkəzində, Üzeyir Hacıbəyov küçəsindədir. 800 kvadrat metr sahəsi olan qeyri-yaşayış obyektinin qiyməti 10 milyon manata yaxın dəyərləndirilir. Tərəflər arasında alqı-satqı “Quska” həbs edilməzdən əvvəl – 2013-2014-cü illərdə həyata keçirildiyi bildirilir. Həmin zaman isə Hüseyn Abdullayev Almaniyada yaşayırdı.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin