“Qisası qiyamətə qoymayan igid!”

14:59 24-04-2019 | icon 526 | Mədəniyyət
“Qisası qiyamətə qoymayan igid!”

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Qisası qiyamətə qoymayan igid!” adlı tədbir keçirilib.

 

Versus.Az-ın məlumatına görə, Nərimanov rayon Rafiq Nəsrəddinov adına 39 №-li tam orta məktəbin şagirdlərinin təqdimatı ilə olan tədbir “Qarabağ müharibəsi şəhidlərini tanıyaq” layihəsi çərçivəsində təşkil olunub.

 

Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəblilər, muzey işçiləri, gənc alimlər, şəhid yaxınları və KİV nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

 

Sonra Rafiq Nəsrəddinov adına 39 №-li tam orta məktəbin direktoru Tahirə Şükurova iştirakçıları salamladı. Bildirdi ki, məktəblərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanları, qaziləri təbliğ etmək sahəsində bir çox silsilə tədbirlər, sərgilər keçirilir. Bu istiqamətdə 39 №-li məktəbin kollektivi fəal tədbirlər keçirir, şəhid ailələri mütəmadi ziyarət edilir.

 

39 №-li tam orta məktəbin şagirdləri “Xalq qəhrəmanları ilə tanınır” mövzusunda çıxış edib, səhnəciklər təqdim ediblər.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid gizir Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun sözləri və Milli Qəhrəmanın məktubu oxunub, Mübariz İbrahimova həsr olunmuş bədii kompozisiya, videoçarx nümayiş olunub. Aprel döyüşləri haqqında şagirdlər çıxış edib Vətənə sədaqət andı içiblər.

 

Bədii hissədən sonra Muzeyin əməkdaşı, t.ü.f.d. Bəhman Kərimov çıxış edib bildirdi ki, şəhidlərin, Qarabağ qazilərinin eksponatları ekspozisiyada nümayiş olunur. Şagirdlər bu istiqamətdə öz biliklərini artırmalı, vətənpərvər ruhda yetişdirilməlidir. Bu sahədə Muzey və təhsil qurumları birgə fəaliyyət göstərirlər.

Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Nərimanov rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, şəhid yaxınları da çıxış edib, məktəbliləri vətənpərvərliyə, şəhid və qazilərimizdən nümunə götürməyə çağırıblar. Sonda Milli Qəhrəman Mübariz İbrahimovun məzarı iştirakçılar tərəfindən ziyarət edilib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Diplomu tanınmayan universitetlərin siyahısı açıqlanacaq

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU