XİN erməni tərəfinin bəyanatından danışdı

16:49 24-04-2019 | icon 53 | Qarabağ
XİN erməni tərəfinin bəyanatından danışdı

Erməni tərəfinin bəyanatı münaqişədə məhz iki tərəfin mövcudluğunu növbəti dəfə sübut edir.

Versus.Az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva erməni həmkarının bəyanatını şərh edərkən deyib.

L.Abdullayeva bildirib: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Avropa İttifaqı-Ermənistan sazişində necə əks olunmasının detallarına varmadan, mən yalnız onu söyləyə bilərəm ki, erməni tərəfinin bu bəyanatı münaqişədə məhz iki tərəfin, yəni Ermənistan və Azərbaycanın mövcudluğunu və heç bir “üçüncü tərəf”in olmaması barədə həqiqətin dəyişilməzliyini növbəti dəfə sübut edir".

Qeyd edək ki, Ermənistan XİN-in mətbuat katibi öz şərhində Avropa İttifaqının (Aİ) Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinin Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlığı haqqında sazişində aydın ifadə olunduğunu və orada digər prinsiplərlə yanaşı, öz müqəddəratını təyinetmə prinsipinə də istinad edildiyini deyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI