YAP-da “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib

20:04 24-04-2019 | icon 464 | Siyasət
YAP-da “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib

Qondarma etməni soyqırımı kimi bir yalan erməni xalqının məkrli niyyətindən xəbər verir. Ermənilərin irəli sürdüyü bu soyqırımı yalanı heç bir sübuta əsaslanmır. Bu iddianın kökündə Türkiyəyə qarşı ərazi iddiaları dayanır.

 

Versus.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri aprelin 24-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

 

Əli Əhmədov bildirib ki, nəinki ermənilər kütləvi şəkildə qətlə yetirilməyib, tam əksinə, Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində bədnam qonşularımızın soyqırımına məruz qalıb. Bunlar tarixi faktdır. Ermənilər Azərbaycan torpaqlarının iyirmi faizini işğal edib, bir milyondan çox soydaşımız öz yurd-yuvalarından didərgin düşüb.

 

“Türkiyə və Azərbaycan olaraq bizim qarşımızda duran əsas vəzifə erməni yalanlarını ifşa etməkdir. Bunun üçün iki qardaş dövlət mövcud imkanlarını birləşdirməlidirlər. Uydurma erməni soyqırımının təbliğ edilməsi, bu yalanın bəzi dövlətlər tərəfindən tanınması qəti şəkildə qınanmalıdır. Ermənilərin Türkiyə və Azərbaycan xalqlarına qarşı törətdiyi faciələrin bütün dünyaya geniş şəkildə çatdırılması üçün daha çox səy göstərilməlidir”,- deyə Baş nazirin müavini vurğulayıb.

 

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Türkiyə və Azərbaycan xalqlarına qarşı ermənilərin tarix boyu törətdiyi soyqırımları ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, bu erməni yalanı, əslində, ədalətə qarşı bir haqsızlıqdır. Diplomat deyib: “Ermənilərin tarixi yalanlarla doludur. 1918-ci ildə Qafqaz İslam Ordusu ermənilərin Azərbaycan xalqına qarşı soyqırımının qarşısını almaq üçün bura gəlmişdi. Biz Türkiyə Cümhuriyyəti olaraq bütün tarixi arxivlərimizi açmışıq və hər cür araşdırmalara hazırıq. Lakin Ermənistan bunu etmir”.

 

Bu günə qədər 34 türk diplomatının erməni terrorçuları tərəfindən qətlə yetirildiyini söyləyən səfir bildirib ki, Ermənistan dövləti Azərbaycan və Türkiyə xalqlarına qarşı törətdiyi soyqırımlarına görə cavab verməlidir.

 

Sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək, tarixi faktlarla qondarma erməni soyqırımının böyük bir yalan olduğunu göstərib. Bildirib ki, bu tarixi yalan "böyük Ermənistan" iddialarını gerçəkləşdirmək üçün atılmış bir addımdır.

 

Tədbirdə, həmçinin Milli Məclisin deputatları Fəzail Ağamalı, Asim Mollazadə, Fazil Mustafa, Rauf Əliyev və YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edərək mövzu ilə əlaqədar fikirlərini bildiriblər.

 

Sonda uydurma “erməni soyqırımı” ilə əlaqədar tədbir iştirakçıları adından bəyanatın qəbul olunaraq müvafiq beynəlxalq qurumlara və dövlətlərın parlamentlərinə göndərilməsi qərara alınıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol