Car çəkdiyiniz tarixə baxmaqdan qorxursunuz?

08:16 25-04-2019 | icon 1056 | Kürsü
Car çəkdiyiniz tarixə baxmaqdan qorxursunuz?

Ermənilər "Köçürülmə və Yerləşdirmə" qanununu "soyqırım" kimi qələmə verir

 RAMİYƏ MƏMMƏDOVA

/Siyasi ekspert, politoloq/

 

Qondarma və yalan “Erməni soygırımı”ndan tam 104 il kecir. Ermənilər bu günü sinələrinə döyərək 24 aprel 1915 ci il türklər tərəfindən soygırırma məruz qaldıqlarını bəyan etməkdən və hər cür yalanlara əl atıb bunu tanıtmaqdan utanmırlar. Onlardan soruşmaq lazımdır, niyə hər zaman bu "soyqırım"a məruz qalan sizsiniz? Niyə tarixdən danışmaqdan çəkinirsiniz? Car çəkdiyiniz tarixə baxmaqdan qorxursunuz?

 

I Dünya müharibəsindən əvvəl 1912-ci ildə Balkanlarda Osmanlı Türkiyəsinə qarşı müharibə gedirdi. Bu müharibədə əsas rol oynayan qüvvə Rusiya dövləti və ermənilər olub. Hətta bu döyüşlərdə böyük «qəhrmanlıqlar» göstərən, yerli türklərə qarşı vəhşiliklər törədən minlərlə ermənilərə rəhbərlik edən Andronik Bolqar çarı tərəfindən polkovnik rütbəsinə layiq görülmüşdü. I Dünya müharibəsinin başlaması və Osmanlı dövlətinin Antanta dövlətlərinə qarşı Almaniyanın yanında döyüşə girməsi, ermənilər tərəfindən məqsədləri olan müstəqil Ermənistanın qurula bilməsi üçün böyük bir fürsət olaraq görüldü.

 

Mütəşəkkil şəkildə silahlandırılan ermənilər, döyüş başladığında vətəndaşı olduqları Osmanlı dövlətinə qarşı döyüşərək müstəqil Ermənistanı qurmaq məqsədiylə başda Rusiya olmaqla İttifaq dövlətləri ilə əməkdaşlıq edirlər. Osmanlı ordusunun Sarıqamışda məğlub olması və arxasından İngiltərə və Fransanın Çanaqqalaya hücumuna paralel olaraq ermənilər döyüşən Osmanlı ordularını arxadan vurmaq və yollarını kəsmək üçün hərəkətə keçirlər və silahlı üsyanlara başlayırlar. Ermənilər I Dünya müharibəsinin əvvəllərində könüllü birliklər yaradaraq Rus ordusunda iştirak etmişlər və vətəndaşı olduqları Osmanlı ordusuna qarşı döyüşdülər. Şərqi Anadoluda müsəlmanlara qarşı qırğınlar törətdilər.

 

Bu barədə Üçlər İttifaqına daxil olan, həm də Antanta dövlətlərinin arxivlərində minlərlə sənədlər var. Həmin sənədlərin heç birində türklərin ermənilərə qarşı soyqırım törətməsi faktları yoxdur. Əksinə, ermənilərin müharibədə iştirak edən dövlətlərlə birlikdə Osmanlı ərazisində törətdikləri soyqırım faktları isə yetərincədir. Şərqi Anadoluda Osmanlı ordusunun Rusiyaya qarşı Çanaqqalada müharibənin başlaması və İstanbulda sona çatması nəticəsində ermənilər düşmən hücumlarına paralel olaraq fəaliyyətlərini genişləndirmişlər. Bu dövrdə Van zülmü Zeytun, Bitlis, Muş və Ərzurumdan sonra baş verdi və müsəlmanlara qarşı törədilən qırğınların sayı artdı.

 

Əslində, bütün xəbərdarlıqlara baxmayaraq, erməni təşkilatlarının üsyan etməyə tam hazır olduğunu başa düşən Osmanlı Daxili İşlər Nazirliyi 1915-ci ilin 24 aprelində qərar qəbul edir. Həmin qərarda göstərilmişdi: “Erməni komitələrinin Osmanlı ölkəsində separatçı fikirlərlə muxtariyyət əldə etmə təşəbbüsləri, Daşnak Komitəsinin Rusiyada olan erməniləri təhrik səyləri, ölkənin müharibə vəziyətində olmasını fürsət bilərək, Anadolunun bir çox vilayətində üsyan qaldırmaları, bomba, silah tədarükləri, könüllü alaylar yaratmaları və ruslarla birlikdə hərəkət edərək Osmanlı ordusunu təhdid etmələri, bu komitələrin fəaliyyətlərinə son vermək doğurduğundan; komitələrin vilayətləridəki şöbələrinin bağlanmasına, hər cür sənədlərin yox edilmələrinə imkan verilməyərək ələ keçirilməsinə, komitə ilə əməkdaşlıqda olan ermənilərin təqib və nəzarətə alınmalarına, əllərindəki silahların topladılmasına və həbs olunan şəxslərin Hərbi Divanına (Hərbi Tirbunala) sövq edilsinlər”.

 

Bu qərardan sonra bir çoz ermənilər həbs edilir. Hətta həmin həbslər barədə erməni tarixçisi Kirokasiyan «Zapadnaya Armeniya v qodu Pervoy Mirovoy Voynı» əsərində 24-29 aprel 1915-ci il tarixlərində həbs olunan erməni fəallarının sayının 800 nəfəri aşdığını irəli sürürdü.Türk hökuməti köç siyasətini sonralar, artıq ermənilərin hərəkətlərinə dözməyin mümkün olmadığı, görülmüş tədbirlərin bir nəticə vermədiyi üçün 1915-ci il 17 may tarixində «Köçürülmə və Yerləşdirmə» qanununa uyğun olaraq həyata keçirilməyə başladıldı. Özü də öz ərazisində əmlakları toxunulmaz qalmaqla bir yerdən digər bir əraziyə. Köçən ermənilərin malları qoruma altına alınaraq bu barədə «Tərk edilmiş Mallar Komissiyası» yaradıldı. Bir fakta diqqət edin ki, Osmanlı dövləti öz ərazisində olan erməni əhalisini, yalnız Osmanlı dövlətinə qarşı çıxanların köçünü həyata keçirirdi. Bu vaxt xəstələr və korlar, katolik və protestant məzhəbindən olanlar, əsgərlər və onların ailələri, məmurlar, tacirlər, bəzi işçi, fəhlə və ustalara sürgün tətbiq edilmədi. Onu da qeyd etmək lazımdır ki, köçürülmə və yerləşdirmə qərarı ermənilərin qeyd edildiyi kimi hamısına tətbiq edilməmişdir. İstanbul, Kütahya qəzaları və Aydın vilayətindəki ermənilər, Antalya erməniləri-komitə üzvləri istisna olmaqla –köçürülməmişdilər.

 

Yəni iddia etdikləri "soyqırım"ı araşdırarkən məlum olur ki, kütləvi şəkildə insanların qırılması və ya onlara qarşı milli, irqi zəmində hər-hansı bir hərəkət baş verməyib. Hətta köçürülmə zamanı belə bütün ermənilər köçürülməyib. Bunlar dünyaya göstərməyə çalışırlar ki, Osmanlı dövləti 1915-ci ildə 1 milyon 500 min ermənini öldürüb. Lakin, ermənilər 1914-cü ildə arxiv sənədlərinə görə Osmanlı Türkiyəsində sayları 773,430 nəfər olduğu, 1919-cu ilin noyabr ayında isə saylarının 658,900 nəfər olması göstərilib. Beləliklə tarixdən göründüyü kimi, ermənilərin hər zamanki məkrli siyasətlərini həyata keçirmək niyyətiylə Osmanlı dövlətində Ermənistan yaratması baş tutmamışdır, lakin bunlar hələ də öz niyyətlərindən əl cəkmədilər və bunun qisasını başqa türk dövləti olan Azərbaycandan almaq niyyətinə düşdülər və Dağlıq Qarabağı işğal etdilər. Xocalı soyqırımını törədən bu canilər yenə də türk soyunun qanına qəltan olmağa nail oldular. Lakin demokratiya adı altında yürüyən ermənilərə və onların lobbisinin pulunu yeyən və onlara hər cür dəstək verən dövlətlərin də bu tarixi həqiqətləri görməməkdən gəlməsi və öz qanunverici orqanlarında müzakirə edərək qəbul etmələri böyüyən və yüksələn Türkiyəyə və türklərə qarşı olan nifrətləri və qərəzli məqsədləridir. Buna görə də bu işdə Türkiyə və Azərbaycan lobbisi güclənməli, birlikdə calışmalı, maddi dəstəyi artırmalı və türk soyunu qaldırmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

“Sovetski”də qədim quyu və tunellər aşkarlandı