Xırdalanlı şagird məktəbinə uğur apardı

13:26 12-06-2017 | icon 696 | Uşaq Dünyası
Xırdalanlı şagird məktəbinə uğur apardı

İslam həmrəyliyi ili münasibətlə Abşeron rayon Mədəniyyət Mərkəzində İslam ölkələrinin nağılları səhnələşdirilib.

Versus.az bildirir ki, “Nağıllarımızı yaşadaq” adı altında keçirilən tədbirdə 2-6-cı sinif yaş səviyyəsində şagirdlər iştirak ediblər.

Şagirdələr müxtəlif islam ölkələrinin nağıllarını çox məharətlə səhnələşdiriblər. 39 orta məktəb içərisindən 6 məktəb finala vəsiqə qazanıb. 

Bu gün final mərhələsi keçirilib. Abşeron rayon Xırdalan Şəhər 7 saylı orta məktəb Kazak xalq nağılı “Qoca və pəhləvan”ı səhnələşdirib. Məktəbin 6-cı sinif şagirdi Arif Pənahlı nağılın baş qəhrəmanı qoca obrazını canlandırıb. Onun aktyorluq məharəti münsiflər heyətinin üzvləri tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Görkəmli qrafika ustası, xalq rəssamı Arif Hüseynovun “Sən böyük bir aktyor olacaqsan” sözləri Arifi daha da ruhlandırıb.

Qeyd edək ki, Abşeron rayon Xırdalan Şəhər 7 saylı orta məktəb qalib olmasa da yaxşı iştiraka görə xüsusi diploma layiq görülüb. Məktəbin təmsilçilərindən Arif Pənahlı aktyorluq bacarığına görə diqqəti çəkib. Məktəblimizə Arif Hüseynovun illüstrasiyaları ilə hazırlanmış Azərbaycan xalq nağılları kitabı hədiyyə edilib.

ARZU
Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol