"Milli Şura iqtidarı özündən asılı edə bilmədi"

12:36 25-04-2019 | icon 407 | Siyasət
"Milli Şura iqtidarı özündən asılı edə bilmədi"

"Son zamanlar müxalifətdəki bəzi qüvvələr, xüsusən də Milli Şura və Əli Kərimlinin rəhbərlik etdiyi AXCP Azərbaycanın Avropa İttifaqı ilə imzalanacaq saziş məsələsini ona görə tez-tez gündəmə gətirirlər ki, bundan iqtidara və Azərbaycan hökumətinə qarşı təzyiq və şantaj vasitəsi kimi istifadə etsinlər".

Versus.Az milli.az-a istinadla bildirir ki, bu barədə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirib.

"Onlar deyirlər ki, əgər Avropaya, Qərbə desələr ki, Azərbaycanda demokratiya yoxdur, onlar inanacaqlar və iqtidarla əməkdaşlıqdan imtina edəcəklər. Ona görə də bu kartı əllərində təzyiq kimi istifadə etməyə çalışırdılar. Lakin müxalifətdə alternativ fikir yürüdən qüvvə olan REAL partiyasının nümayəndələri Brüsseldə olanda orada bunun tam əksini dedilər. Onlar deyiblər ki, Azərbaycanda islahatlar həyata keçirilir. Ümidverici məsələlər var. Bu da müxalifət qüvvələri arasında parçalanmaya gətirib çıxarıb. Çünki özlərini müxalifətin anası sayan Milli Şura, Müsavat Partiyası, AXCP və ən çox da onun sədri Əli Kərimli iqtidarın qarşısında müəyyən şərtlər, tələblər qoymaq istəyirdilər. Ola bilər ki, onlar parlamentə bir neçə mandat istəyib və ya başqa şeylər istəyiblər. Yəni onlar hakimiyyəti sövdələşməyə vadar etmək istəyirdilər.

Hesab edirlər ki, əgər onlar "Azərbaycanda demokratiya yoxdur", "insanlar narazıdır" və s. desələr, o zaman Qərbdə məhz onlara qulaq asacaqlar. Lakin REAL-çıların Avropa Birliyində tam əks fikirlər səsləndirməsindən sonra vəziyyət dəyişdi. Bu məqam qaragüruhçuların siyasətini alt-üst elədi. Məhz bundan sonra bu iki qüvvə arasında narazılıq artmağa və dərinləşməyə başladı. Çünki Milli Şura iqtidarı özündən asılı edə bilmədi".

Politoloq qeyd edib ki, Milli Şuranın bütün istəklərinə baxmayaraq, onların siyasi alver cəhdi baş tutmayıb: "Bu qüvvələr hər cür çalışır ki, Azərbaycanın Qərblə əlaqələrinə müdaxilə eləsinlər və bunu siyasi alver predmetinə çevirib hakimiyyətdən müəyyən dividentlər əldə etsinlər.

Onlar sazişin mətni ilə bağlı dezinformasiya yayır və cəmiyyətdə süni narazılıq yaratmağa çalışırlar. Guya həmin sənəddə Qarabağın Azərbaycanın ərazisi olduğu göstərilməyib. Yəni bu qüvvələr hər şeyi edirlər ki, hakimiyyəti gözdən salsınlar. Onlar hər şeyi edirlər ki, hətta siyasi şantaj yoluna da əl atırlar ki, müəyyən güzəştlər qoparsınlar. Bəzi qüvvələr iqtidarı şantaj edib siyasi alverlə güzəştlər qoparmaq istəyirlər. Lakin hadisələrin gedişi onların planlaşdırdığı kimi olmadı".

N.Məmmədovanın fikrincə, artıq vəziyyət elə həddə çatıb ki, hətta Qərb dövlətləri də müxalifətlə bağlı məsələdə gözləmə mövqeyi tutublar: "ABŞ-ın Azərbaycandakı yeni səfiri Erl Litzenberger də hələ ki, müxalifətlə görüş keçirməyib. Görünür müxalifətdaxili intriqalar, narazılıqlar da ABŞ səfirini düşünməyə məcbur edib. Yəqin o da gözləyir ki, bunlar sakitləşib bir qərara gəlsinlər, sonra onlarla görüşsün. Görünür, bu məsələdə nəinki ABŞ, digər dövlətlər də gözləmə mövqeyi tutublar".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı