Öz tariximizi niyə dağıdırıq?

13:16 25-04-2019 | icon 1126 | Köşə
Öz tariximizi niyə dağıdırıq?

Ozü də müstəqillik zamanında dağıdırıq

 

TURAL İRFAN

/ilahiyyatçı yazar/

 

"İçəri Şəhər" tarixi qoruğunun təhlükəylə üzləşməsi əslində dövlətimizin gələcəyi üçün təhlükədir. Çünki bir xalqın mövcudluğunun və o xalqın dövlətinin varlığı ilk öncə onun tarixi ilə isbat olunur. Azərbaycanın paytaxt şəhəri olan Bakının mərkəzində yerləşən bu abidələr silsiləsinin qismən sökülməsi mənə yəhudilərin Qüds məscidinin altına lağım ataraq tədricən müqəddəs abidəni sıradan çıxarmalarını xatırlatdı. Və ermənilərin İrəvan Cümə məscidini, Ağdam məscidini, Şuşa məscidini dağıtdıqlarını xatırlatdı. Onları başa düşmək olar ki, düşməndirlər, tariximizi yox etmək istəyirlər. Yaxşı, bəs biz özümüz öz tariximizi niyə dağıdırıq?

 

Özümüz özümüzə düşmən kəsilmişik. Ermənilər ondan-bundan oğurlayıb özlərinə qondarma tarix düzəldirlər, Alban abidələrini öz adlarına çıxırlar, hələ bir az da həyasızlaşıb bizim tariximizi, abidələrimizi, milli musiqimizi, kulinariyamızı öz adlarına çıxırlar, biz isə özümüzünkündən imtian edirik, öz əlimizlə dağıdırıq... Bu faciədir! İlk baxışdan adi görsənə bilər, lakin bu çox ciddi məsələdir.

 

O qala divarları, abidələr, tarixi özündə əks elətdirən tikililər əsrlərdir qorunub, hətta 73 illik Sovet İttifaqı zamanında belə toxunulmayıb. Ancaq biz indi onu müstəqillik zamanında dağıdırıq, altını eşirik, mənfəət xatirinə dağıdıb, əvəzinə kafe-restoran tikirik.

Mən bilmirəm oranı dağıdanlar kimdir, kim onlara rüxsət verib ki, xalqın tarixini məhv etsinlər, bir onu deyə bilərəm ki, oranı eşənlər bilsinlər ki, xaricilər ora məhz o dağıtdıqları daş-divara, qədimliyə görə gəlirlər. Əgər onları viran edib yerində müasir obyektlər tikəcəklərsə, orada illər sonra qədimlikdən əsər-əlamət qoymayacaqlarsa, həm mənən, həm də maddi cəhətdən uduzacaqlar. Qədimlik olmasa turist axını olmayacaq və xalq da onları lənətləyəcək.

 

O sökülən daşların hər birinin üzərində xalqımızın qan yaddaşı, qarşılaşdığı müsibətlər, əsrlərin qəzavü-qədəri yatır. İçəri Şəhər Bakının Məkkəsidir, onu dağıdanlar cinayətkardırlar. Rəsul Həmzətovun belə bir sözü yadıma düşür. O yazır ki, əgər sən keçmişinə tapançadan atəş açsan, gələcək səni topa tutacaq. Gələcək nəsillər bu faciəyə göz yumduğumuza görə bizi topa tutmasın deyə, bu soyqırıma səssiz qalmamalıyıq. Ona görə soyqırım deyirəm ki, o daşların hər biri canlı tarixi özündə ehtiva edir, kitablardakı tariximiz məhz o cansız saydığımız daşların sayəsində canlanır. Oradan götürülən, itirilən hər bir daş canlı insan timsalındadır. Əksinə, oradan qopan bir daşı cilalayıb yenidən qaytarıb yerinə qoymaq əvəzinə, onu məhv etmək əsl milli xəyanətdir.

 

Onsuz da İçəri Şəhərdəki obyektlər bu xalqın tarixi qanan təbəqəsinə aid deyil. Onların xidməti də varlı və yalnız imkanlı xarici vətəndaşlar üçündür. Azərbaycan müəllimi, maaşla dolanan ziyalısı, elm adamı, yazarı o kafe-restoranlarda ildə bircə dəfə də olsun oturmaq imkanında deyil onsuz da. Həddən artıq baha qiymətlər və ziyalı təbəqənin maddi yoxsulluğu imkan vermir ki, o tarixi abidənin daxilindəki bir kafe-restoranda heç olmasa ildə bir dəfə əyləşib öz tarixinə baxıb ləzzət alsın. Bu bir tərəfə qalsın, indi də bu tarixin özünü dağıtmaq, yaralamaq, zədələmək, bu millətin onurğa sütununa xəncər saplamaq, iliyinə balta vurmaq gədər cinayətdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı