BMT erməni təxribatlarına şərait yaradır

13:31 25-04-2019 | icon 737 | Geopolitika
BMT erməni təxribatlarına şərait yaradır

"Azərbaycanın iqtisadiyyatı, müdafiə qüdrəti gücləndikcə, beynəlxalq aləmdə nüfuzu artdıqca təcavüzkar Ermənistan buna ancaq müxtəlif istiqamətlərdə, müxtəlif səviyyələrdə təxribatlar törətməklə cavab verə bilir. Bu günlərdə Ermənistan və onların havadarları tərəfindən Azərbaycana qarşı növbəti təxribat həyata keçirilib yeniləri hazırlanır".

 

Versus.Az Milli.Az-a istinadən bildirir ki, bunu açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev bildirib.

Millət vəkilinin fikrincə, bu dəfə erməni təxribatlarına Birləşmiş Millətlər Təşkilatının özü şərait yaradır:

"Mövcud qaydalara görə, BMT üzv olan hər bir ölkənin insan hüquqları üzrə illik hesabatını qəbul edir. Ancaq budəfədəki hesabatda Ermənistan tərəfindən təxribata yol verilib. Xaricdəki havadarlarının köməyi ilə Ermənistan qondarma separatçı rejimin hesabatını BMT-nin rəsmi saytında yerləşdirməyə nail olub. Düşmən ölkə çox yaxşı başa düşür ki, Azərbaycan hərbi cəhətdən dəfələrlə Ermənistanı üstələyir. Onların ümüdi  ancaq informasiya müharibısinədir.

 

 Bu vaxta kimi  Ermənistanın çoxsaylı təxribatlarına şahid olmuşuq. Ancaq bu dəfə onlar üçün bu təxribata BMT şərait yaradıb. BMT-nin müvafiq qurumlarının bu hərəkətini heç cür başa düşmək olmur.  Hamıya məlumdur ki, BMT 1993-cü ilin 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixli qətnamələri ilə və müxtəlif vaxtlarda qəbul etdiyi bəyanatları ilə Ermənistan Respublikasından işğal edilmiş Azərbaycan torpaqlarını qeyri-şərtsiz boşalmasını tələb edib. Qətnamələrin qəbul edilməsindən 26 il keçməsinə baxmayaraq təcəvüzkar dövlət  BMT-nin bu qətnamələrini heçə sayaraq işğalı davam etdirir.

 

Bir tərəfdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr, bəyanatlar, diğər tərəfdə separatçı rejimin hesabatının rəsmi saytda yerləşdirilməsi. Bu necə baş verə bilər?! Bu onu göstərir ki, Ermənistan rəhbərliyi, onları dəstəkləyən xaricdəki havadarları bütün vasitələrdən istifadə edərək öz məqsədlərinə, informasiya müharibəsində üstünlüyə nail olmaq istəyirlər. Bu qüvvələr hətta BMT-yə də ayaq aça biliblər. Belə halların qarşısının alınması, gələcəkdə bir daha baş verməməsi üçün bu məsələ müvafiq qurumlar tərəfindən ciddi surətdə araşdırılmalı və qanunsuz, qondarma hesabat BMT-nin rəsmi saytından çıxarılmalıdır!".

R.Əliyev qeyd edib ki, bu hələ son deyil və Ermənistan tərəfindən daha bir təxribat hazırlanır: "Müxtəlif kütləvi informasiya vasitələrində yayılmış məlumatlara görə, Bolqarıstanda Hitlerin yaxın silahdaşlarından biri olmuş, Vermaxtın erməni cəza leqionunun yaradıcısı general Njde kimi tanınan, 2-ci Dünya müharibəsi zamanı yüzminlərlə günahsız insanların qətlində iştirak etmiş Qaregin Njdeye  Bolqarıstanın Pliska şəhərində abidə qoymaq nəzərdə tutulub. Njde Ermənistanda milli və etnik zəmində nifrəti təbliğ edən nəzəriyyənin banisi hesab edilir. Onun başçılıq etdiyi hərbi birləşmələr tərəfindən 1918-20 - ci illərdə Zəngəzur qəzasında 10 mindən çox azərbaycanlı qətlə yetirilib, Azərbaycanın 115 kəndi yerlə yeksan olunub. O, eyni zamanda "Böyük Ermənistan" ideyasının müəlliflərindən biridir. Məqsəd qonşu dövlətlərin, birinci növbədə Azərbaycanın torpaqları hesabına "Böyük Ermənistan" yaratmaqdır.

İkinci Dünya müharibəsi bitdikdən sonra Njde keçmiş SSRİ-nın hərbi tirbunalı tərəfindən hərbi cinayətgar kimi məhkum olunub. BMT-nin Baş Assambleyasının müvafiq qətnaməsinə görə, hərbi cinayyətlərdə iştirak edən, 2-ci Dünya müharibəsi zamanı nasistlərlə əməkdaşlıq etmiş şəxslərə abidələrin, xatirə lövhələrinin qoyulmasının qarşısının alınması üçün üzv dövlətlərə çağırış edilib. Bu cəllada, erməni faşistinə artıq Yerevanda milli qəhrəman kimi abidə qoyulub. Bu hadisəyə Rusiya, Azərbaycan və daha bir neçə olkə öz etirazlarını bildirsələr də, ümumilikdə dünya ictimayyəti, özlərini yüksək demokratik dəyərlərə sahib, insan hüquqlarının hər şeydən üstün olduğunu bəyan edən Qərb ölkələri susdular və indi də susurlar. Bu, dünyada ikili standartların ən yüksək səviyyələrdə davam etdiyini göstərir. Buna yol vermək olmaz! Bu abidənin qoyulması 2-ci Dünya müharibəsində həlak olan milyonlarla günahsız insanın ruhlarına xəyanət olar. Dünya ictimayyəti, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ökələri birinci növbədə Bolqarıstan hökuməti bü utancverici niyyətin qabağının alınması üçün lazımı tədbirləri həyata keçirməlidirlər".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı