ÖZGƏLƏŞMƏ

16:37 10-06-2017 | icon 939 | Köşə
ÖZGƏLƏŞMƏ

PAKİZƏ BABAZADƏ

“Tamahımız iti qılınca dönüb kəsib-doğrayır halallığı…”

İçində bulunduğumuz çağdaş dünyamızın ən önəmli sözügedən məsələlərindən birı də ÖZGƏLƏŞMƏ problemidir. Bir sıra elm insanları idda edirlər ki, çağdaş insanla dünya arasında müdhiş bir ÖZGƏLƏŞMƏ baş verir, insan özündən, toplumdan, gerçəklikdən uzaqlaşır. Onun həyata münasibəti öz bəşəri xüsusiyyətlərini itirir. Həqiqətən də, baxsaq görərik ki, çağdaş dünyamız öz xaosu, çaşdırıcı sorunları ilə elə bir çeşidli təzadlar yaradır ki, “hər şeyin ölçüsü olan insan”ın zəkası bu çaşdırıçı sonsuzluqda daim vurnuxmaqdadır. Haydeqger yazırdı ki, dünya və insan insan üçün özgələşmişdir və bu özgələşmə ümumbəşəri taleyə çevrilmişdir. İnsanın elə yaranan gündən pisliyə batdığını iddia edən Nitşeye görə isə “insanlar hər cür yaxşı və pislikləri özləri özlərinə vermişlər.”

Məlum həqiqətdir ki, hər bir insan ayrı-ayrılıqda fərd, varlıq deyil, dünyanın yaşadıcısı, toplumsal ilişkilərin daşıyıcısıdır. İnsan yalnız öz içində quraşdırdığı güzgünün deyil, dış dünyanın da güzgüsündə özünü görməyə məcburdur. Ona görə də çağdaş insanın bu günkü qarışıq dünyamızda üzləşdiyi sorunların ən başlıcası onun toplumla münasibətləridir.  Feyerbax haqlı olaraq göstərirdi ki, nə mənəvi, nə də düşüncə baxımından insan mahiyyəti özündə təkbaşına yoxdur. İnsanın mahiyyəti yalnız insanın insanla ünsiyyətinin birliyində mövcuddur və nə yazıq ki, ən dəhşətli hal da məhz insanlararası ünsiyyətin düyünə düşməsidir.

İndi hamı narahatdır, təlaş və qorxu içərisində boğulur. İnsan-insanı, toplum şəxsiyyəti anlamır. Ünsiyyət bəşərin qlobal probleminə, inamsızlıq “epoxanın fundamental götəricisinə” çevrilmişdir. Varlığın şərti adlandırılan ünsiyyət sistemi iflic vəziyyətindədir. Hamı hamıdan, hər kəs hər kəsdən şikayətçidir. Bir sözlə, özümüzün yaratdığımız qeyri-insani hallar öz düşmənimizə çevrilmiş, mənəvi dəyərlərin az qala yoxa çıxması, insanların amorallaşması faciəsi ilə üz-üzə qalmışıq… Və beləliklə antik dünya duyumundan başlayaraq çağımızın bu günkü durumuna əsaslanan ÖZGƏLƏŞMƏ get-gedə gerçəkləşərək bəşəriyyətin ən dərin böhranına – insanlararası ilişkilərin zəifləməsi, insanla dünya arasında münasibət balansının pozulması, sonucda şəxsiyyətin öz iç dünyasına qapılaraq toplumdan təcrid olunması, eqoistləşməsi təhlükəsini yaradaraq qlobal faciəyə çevrilməkdədir…

Bir qəribə qəriblik törəməkdədir içərimizdə. Hər birimizin daxilində bir Faust qoşalığı – insanlıq və iblislik daim mübarizədədir. Tamahımız iti qılınca dönüb kəsib-doğrayır halallığı. Bu həyatda sanki heç birimiz özümüzə məxus deyilik: “bizi gözəgörünməz əllər əyər və üzər”.

Belə bir müdrük kəlamı xatırlamaq yerinə düşər ki, bəşər cəmiyyəti çeşidli inanların arasındakı münasibətlərlə bərqərar olur, belə ki, hər kəs öz-özlüyündə həqiqətin bir zərrəsi olmaqla, hamımız eyni yolun yolçularıyıq. Birgə addımlamağa məhkum olduğumuz bu yolda etdiyimiz hər bir pislik və yaxşılıq təkcə başqalarına deyil, həm də özümüzə yönəldilmiş əməllərdir.

Yaxşı olar ki, gec olmadan insanlıq aləmi bu acı həqiqəti anlayıb çözüm aramağa başlasın. Yoxsa ən dəhşətlisi o olar ki, insanlığın itməsi ilə faciəyə çevrilən bəşəriyyət və onun zəkasının məhsulu olan elm bütün icadlarını bir kənara ataraq İNSANLIQ axtarışına başlaya.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI