Uşaqlar teatrın pərdəarxası görüntüləri ilə tanış olub

08:03 26-04-2019 | icon 441 | Mədəniyyət
Uşaqlar teatrın pərdəarxası görüntüləri ilə tanış olub

Sumqayıt Dövlət Dram Teatrı son vaxtlar tamaşaçıların teatra marağının artırılmasına, uşaq və yeniyetmələrin bədii-estetik zövqünün formalaşmasına və onların maraq dairəsinin daha dərindən öyrənilməsinə yönəlik kreativ layihələr gerçəkləşdirir.

 

Teatrdan Versus.Az-a verilən məlumata görə, bu qəbildən olan növbəti ekskursiya-baxış layihəsi çərçivəsində Mərkəzi Kitabxananın uşaq şöbəsində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq poeziya klubunun üzvləri sənət məbədini ziyarət ediblər.

 

Baxışdan əvvəl balacalar qrim otaqlarına baxıblar, tamaşaqabağı hazırlığı, texniki prosesi izləyiblər. Kicik tamaşaçılara repertuardakı uşaq tamaşaları, onların ideya- estetik qayəsi barədə məlumat verilib.

 

Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova belə tədbir və görüşlərin uşaqların dünyagörüşlərinin formalaşmasında önəm kəsb etdiyini bildirib. Rejissor Vasif Məmmədovun quruluşunda Abdulla Şaiqin "Danışan gəlincik" əsərinə baxdıqdan sonra balaca aktyorlarla teatr truppası yerlərini dəyişib.

 

Bu dəfə uşaq teatrının üzvləri səhnəyə çıxaraq Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının yaradıcılığından nümunələr səsləndiriblər. Balacaların çıxışları peşəkar heyət tərəfindən alqışlarla qarşılanıb. Teatrın administratoru Nizami Mirzəyev kiçik, həfəskar aktyorlara tamaşanın ərsəyə gəlmə prosesində önəmli olan faktorlardan da danışdı və afişalar haqda məlumat verib.

 

Həmçinin 50 yaşlı Sumqayıt Dövlət Dram Teatrının veteran aktyorlarının şəkilləri həkk olunmuş stendə nəzər salınıb. Sonda Nizami Mİrzəyev yaradıcı kollektivin rəhbəri, Əməkdar artist Mübariz Həmidovun adından Sabir Sarvan adına Uşaq Poeziya klubunun üzvlərini təbrik edib və bildirib ki, belə kreativ layihələrin həm bədii-estetik, həm də maarifləndirici funksiyası əvəzolunmazdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür