Bütün fermerlər barədə məlumatlar elektron sistemə daxil ediləcək

13:24 26-04-2019 | icon 548 | İqtisadiyyat
Bütün fermerlər barədə məlumatlar elektron sistemə daxil ediləcək

Azərbaycanda elektron informasiya sistemi yaradılır. Bu ilin sonunadək bütün fermerlərin adlarının elektron informasiya sisteminə daxil edilməsi hədəf olaraq müəyyən edilib.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Onun sözlərinə görə, kənd təsərüfatında çalışanları elektron alətlərdən istifadə etməyə çağırmalıyıq.

 

Nazir müavini əlavə edib ki, 2002-ci ildə qəbul edilmiş “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun qəbul olunsa da, orada bəzi məsələlər işlək deyildi:

"Yeni hazırlanan “Aqrar sığorta haqqında” qanunda müştərək sığorta modeli təklif edilir ki, bu da bəzi məsələlərin həllinə yardım edəcək. Mexanizm fermerlər üçün daha əlçatan olacaq".

 

İ.Qədimova vurğulayıb ki, qanun qəbul edildikdən sonra aqrar sığorta predmetləri olan kənd təsərrüfatı bitkilərinin adları dövlətin müvafiq qurumları tərəfindən müəyyən ediləcək. “Aqrar sığorta haqqında" qanun qüvvəyə mindikdən sonra fermerlərin maarifləndirilməsi təmin ediləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı