Diplomatik, iqtisadi inkişafın dili ilə öturdüyümüz MESAJLAR

15:15 27-05-2023 | icon 892 | Siyasət
Diplomatik, iqtisadi inkişafın dili ilə öturdüyümüz MESAJLAR

Ramil Hüseynov: "Bu mesajlar sərrast və hədəfə təsir etmək üçün çox mükkəməl seçimdir"


"Azərbaycan özünün qəti mövqeyini 44 günlük müharibədə, eləcə də post-müharibə dövründə həyata keçirilən mina təmizliyi - bərpa işləri, erməni təxribatlarına qarşı əks əməliyyatlar və Ermənistanın sülhə gətirilməsi üçün təklif etdiyi yol xəritəsi, prinsiplərlə bildirib. Ölkəmizin milli maraqlarının təmin olunmasında Prezident İlham Əliyevin bir addım belə geri çəkilməyəcəyi hər keçirilən danışıqlarda bir daha bəyan edilir.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Prezident İlham Əliyevin Moskvaya səfəri və çıxışını dəyərləndirərkən bildirib.

 

Ramil Hüseynov mayın 25-də Rusiya prezidenti V.Putinin dəvəti ilə Avrasiya İqtisadi Forumunda müşahifəçi qusminfə iştirak edən Azərbaycan Prezidentinin üçtərəfli görüş zamanı sərgilədiyi prinsiplərin ölkənin güclənən iqtisadi inkişaf tempi üzərindən Zəngəzur dəhlizinin açılması ilə regiona veriləcək iqtisadi töhvələr əsnasında bir daha ifadə edib və Ermənistan da daxil olmaqla bu dəhlizin əhəmiyyətini hər kəsə bəyan edildiyini önə çəkib.

 

Ekspert hesab edir ku, siyasi texnologiyaları bilən, siyasi biliklərə yiyələnən hər bir kəs bunun fərqindədir:

 

"Artıq biz deyə bilirik ki, öz torpaqlarımızın, dövlətimizin sahibiyik və heç zaman bu məsələdə heç kimə güzəşt olunmayacaq. Vətən muharibəsinin başlanması və qısa zamanda qələbə ilə bitməsi hərbi taktika ilə yanaşı, həm də siyasi və diplomatiyamızın strategiyası və taktikasının mükəmməl hazırlanmasının numunəsi idisə, danışıqlar prosesi həm də ölkəmizin iqtisadi potensialı üzərindən inkişaf edir. Moskva səfərinə gəlincə, umumiyyətlə, istənilən xarici səfərlərdə və görüşlərdə ölkəmizin başçısının davranış qaydaları digər tərəflə muqayisə olunmazdı. Bu üstünlüklər açıq görsənir. Son zamanlar diplomatik və iqtisadi dil ilə öturduyumüz siyasi mesajlar sərrast və hədəfə təsir etmək üçün çox mükkəməl bir seçimdir. Əslində bu uğurlar hamsı Azərbaycanın dövlət olaraq aktivinə yazılır. Normal şüura malik olanlar bunu dəyərləndirməyi bacarmalıdır".


R.Hüseynov eyni zamanda Azərbaycanın, Ermənistanı çıxmaq şərti ilə Avrasiya İqtisadi Birliyində olan bütün dövlətlərlə iqtisadi əməkdaşlığının 5 milyarda yaxın əmtəə ilə ölçülməsi faktını vurğulamaqla, Forumda iqtisadi güc olaraq iştirak edib ölkəmizin üzv ölkələr qarşısında əhəmiyyətini ortaya qoymaqla hər kəsə -"kimin yanında olmaq sizin iqtisadi yüksəlişinizin təminatı ola bilər, seçim edin və revanşizmə yox deyin"- mesajını vermiş oldu.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

24 saatın NƏTİCƏLƏRİ

Beynəlxalq təşkilatlara antiterror əməliyyatının başlanması ilə bağlı MÜRACİƏT

İşcilərin 70 faizi müqaviləsiz işləyir

44 günlük müharibədə olduğu kimi...

Tibb sahəsində qanunsuz fəaliyyətlə məşğul olanların NƏZƏRİNƏ

Ermənistanın Qarabağdakı hərbi kolonlarına dağıdıcı ATƏŞ ZƏRBƏLƏRİ

Bu bağçalar LƏĞV EDİLDİ

Yeddi mindən çox erməni TƏXLİYƏ EDİLİB

Sülhməramlıların maşını ATƏŞƏ TUTULDU