Azərbaycanın xanım incisi – akademik Zərifə Əliyeva

16:16 26-04-2019 | icon 1547 | Cəmiyyət
Azərbaycanın xanım incisi – akademik Zərifə Əliyeva

Sədaqət Qurbanova: “Onun həyatı barədə məlumatlar aldıqca, Azərbaycan qadını olmağınla qürur hissi keçirirsən”

 

“Azərbaycanın çox xanım inciləri var ki, elm və digər sahələrdə ölkəsinin adını yüksəklərə qaldırıblar. Onlardan biri də akademik Zərifə xanım Əliyevadır. O qadın Azərbaycanın incilərindən biridir”.

 

Versus.Az xəbər verir ki, bunu “Azərkitab” Mərkəzində keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.

 

Aprelin 28-də akademik Zərifə Əliyevanın doğum günüdür və bu münasibətlə keçirilən anım tədbirdə örnək qadınlarımızın cəmiyyətin inkişafında rolu bir daha önə çəkilib:

 

“Zərifə xanım doğrudan da çox maraqlı şəxsiyyətdir. Hər dəfə onun həyatı barədə məlumatlar aldıqca, Azərbaycan qadını olmağınla qürur hissi keçirirsən”.

 

S.Qurbanova bildirib ki, biz özümüzdən öndə dayanan xanım örnəklərimizdən nümunə götürməsək heç vaxt inkişaf edə bilmərik:

 

“Qadınlar bir-birinin uğuruna sevinməsə, keçdiyi tarixə baxıb qürurlanmasa, heç nə edə bilməz. Yəni bizi yaşadan tariximizdir, bizdən öndə olan xanım örnəklərimizdir. Uzaq tariximizə müraciət edəndə görürük ki, ən çətin zamanlarda belə cəsarətli xanımlarımız olub. O zamankı qadınlar özgür deyildi, onlara hər işi görməyə icazə verilmirdi. Amma buna baxmayaraq bizim şairə, diplomat, hər bir sahədə fəaliyyət göstərən cəsarətli xanımlarımız olub və onlar xanımlıqlarını itirmədən bacarıq və qabiliyyətlərini təqdim edə biliblər. Biz məhz o nəsillərdən gələn örnəkləri nümunə götürməliyik”.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”