Milli yığma üzvündən “Məktəbli kuboku” iştirakçılarına dəstək

14:38 29-04-2019 | icon 573 | İqtisadiyyat
Milli yığma üzvündən “Məktəbli kuboku” iştirakçılarına dəstək

Azərbaycanın məktəbliləri arasında ən böyük futbol çempionatı olan “Coca-Cola School Cup”davam edir. Coca-Cola, AFFA və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən turnir regional final mərhələsinə daxil oldu.

 

Gərgin oyunlarda məktəbliləri dəstəkləmək üçün Azərbaycan yığma futbol komandasının üzvü Mahir Mədətov Nərimanov rayonu üzrə mərhələnin final oyununa qatılıb, məktəblilərə uğurlar arzulayaraq, peşə sirlərini bölüşüb, xatirə şəkilləri çəkdirib. Mahir Mədətov bu tipli turnirlərin gələcək futbol nəslinin düzgün formalaşmasında əhəmiyyətini vurğulayıb. Milli yığmanın üzvü “Coca-Cola School Cup”ın uşaqlarda futbola maraq oyatdığını, eləcə də, sağlam həyat tərzinin təbliğində önəmli rol oynadığını bildirib. Ulduz futbolçu şagirdlərlə görüşü zamanı müasir futbolun əsas elementinin xarakter olduğunu qeyd edib:

 

“Futbolçu üçün texnika və sürət önəmlidir. Mənim fikrimcə, müasir futbolda daha da önəmli olan xarakterdir”.

"Coca-Cola" şirkəti, AFFA və Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən və kütləvi idman hadisəsi olan “Coca-Cola School Cup” artıq 8 ildir ki keçirilir və demək olar ki, bütün regionları əhatə edir. İndiyə kimi yarışlarda 1,5 milyondan artıq yeniyetmə iştirak edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI