Albert Aqarunovun 50 illik yubileyi Beynəlxalq Muğam Mərkəzində qeyd olunub 

17:45 30-04-2019 | icon 744 | Şəhidlər və şahidlər
Albert Aqarunovun 50 illik yubileyi Beynəlxalq Muğam Mərkəzində qeyd olunub 

Versus.Az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Azarbaycanın Milli Qəhrəmanı yəhudi əsilli Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş anım mərasimi kecirilib.

 

Anım mərasimi Müdafiə, Mədəniyyət nazirlikləri, Veteran Tankçılar Birliyi, Dağ Yəhudiləri Dini İcması, "Dədə Qorqud" Milli Fondunun birgə təşkilatçılığı ilə keçirilib.

 

Anım mərasimində adı çəkilən qurumların nümayəndələri, İsrailin Azərbaycandakı səfirliyinin bir qrup nümayəndəsi, keçmiş Qarabağ döyüşçüləri, qazilər, şəhid ailələri və digər qonaqlar iştirak edib.

Albert Aqarunovun hayat va döyüş yolu

1991-ci ilin oktyabrında könüllü olaraq Milli Ordu sıralarına yazılan yəhudi əsilli 23 yaşlı A.Aqarunov ömrünün ən gözəl çağında silaha sarılaraq doğma vətəni Azərbaycanın müdafiəsinə qalxıb, Qarabağ, Şuşa uğrunda gedən qeyri-bərabər döyüşlərdə qəhrəmanlığı ilə ad-san qazanıb. Hələ sağlığında vətənpərvərliyi, qorxmazlığı, şücayəti ilə ad-san qazanan Albertin döyüş dostları onu böyük hörmət və ehtiramla "Şuşanın əfsanəsi" adlandırıblar.

A.Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib.

A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

 

A.Aqarunov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli, 833 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Vaxtilə tahsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin