ADNA-da 12 nəfərin qətliamından 10 il ötür

18:39 30-04-2019 | icon 576 | Hadisə
ADNA-da 12 nəfərin qətliamından 10 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən qətliamdan 10 il ötür.

 

Versus.Az xəbər verir ki, hər kəsi dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib. ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə ”Makarov” tipli tapançadan atılan atəşlə xəsarət yetirib. Nəticədə 12 nəfər dünyasını dəyişib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Hadisəni törədən Fərda Qədirov sonradan özünə atəş açaraq intihar edib. Hadisədə təqsirli bilinən 4 nəfər- Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov məhkəmə qarşısına çıxarılıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Gürcüstan vətəndaşları - Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Terrorun sifarişçisi kimi adı keçən və İnterpol tərəfindən axtarışa verilən erməni əsilli Mardun Qumaşyan isə hələ də azadlıqdadır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI