Şahid məhkəməyə məcburi gətiriləcək

13:06 09-03-2018 | icon 688 | Hadisə
Şahid məhkəməyə məcburi gətiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Versus.az xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda şahid qismində Gülər Ələkbərova ifadə verib. Rövşən Heybətovu tanıdığını deyən G. Ələkbərova bildirib ki, "Zaminbank"da çalışıb:

"Rövşən Heybətov bir nəfərlə gəlmişdi və Türkiyəyə pul göndərmək istəyirdi. Lakin sənədləri qaydasında olmadığı üçün pulu göndərə bilmədik. O da sabah gətirəcəyini dedi. Ancaq sənədləri gətirmədiyi üçün əməliyyat icra olunmadı".

Zərərçəkmiş Elnur Məmmədov isə şahidin bəzi məsələləri düzgün danışmadığını, həmin xanımın vasitəsilə Rövşən Heybətova 100 min dollar göndərdiyini deyib.

G. Ələkbərova onun dediklərini təkzib edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı