"Ölkələrimiz arasında gərginlik yaratmağa çalışırlar"

09:07 01-05-2019 | icon 429 | Siyasət
"Ölkələrimiz arasında gərginlik yaratmağa çalışırlar"

Aydın Mirzəzadə: "Onların son dövrdə üzə çıxan cəsarətlərinin siyasi sifariş olduğu açıq-aydın görünür"

 

"Son günlərdə bəzi Gürcüstan siyasətçiləri Azərbaycana və Azərbaycan xalqına qarşı həqarət yağdırmağa, iki ölkə arasında gərginlik yaratmağa çalışırlar".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib:

 

"Düzdür, onların öz ölkəsində də nüfuzları aşağıdır, seçkilərdə yığdıqları səs çox aşağıdır. Həmçinin, onların mövqeyini sivil, ciddi gürcü dairələri bölüşmürülər. Bununla belə bu siyasətçiklərin çox təhlükəli oyun oynadıqlarını demək lazımdır. Və onların son dövrdə üzə çıxan cəsarətlərinin siyasi sifariş olduğu açıq-aydın görünür".

 

Millət vəkili əlavəedib ki, Cənubi Qafqaz kimi həssas bir bölgədə Azərbaycan-Gürcüstan dostluğu sülhün və əmin-amanlığın əsas dayaqlarından biridir:

 

"Görünür xaricdə müəyyən dairələr üçün Ermənistan faktoru azdır, indi onlar gərginlik üçün gürcü İŞİD-dən istifadə etmək istəyirlər".

 

Aydın Mirzəzadə qeyd edib ki, buna baxmayaraq, Azərbaycan və Gürcüstan heç zaman provokasiyaya getməyəcək və regionu yeni gərginlik ocağına çevirmək cəhdi baş tutmayacaq.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...