“100 yaşlı Tovuz futbolu”nun təqdimatında Tovuz futbolunun 100 illiyi

10:34 01-05-2019 | icon 1016 | Cəmiyyət
“100 yaşlı Tovuz futbolu”nun təqdimatında Tovuz futbolunun 100 illiyi

Qənirə Paşayeva: “AFFA-nın Futbol Akademiyası məhz Tovuzda açılacaq”

 

 

 

 

Bakıdakı “AzərKitab” Kitab Təbliğat Mərkəzində“100 yaşlı Tovuz futbolu” kitabının möhtəşəm təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB) ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİYİB) növbəti ortaq mədəniyyət layihəsi olaraq keçirilən tədbirdə millət vəkilləri, QHT, KİV təmsilçiləri, AFFA mənsubları, idmansevərlər, sahə mütəxəssisləri, gənclər və başqaları iştirak edib.

Bu, Azərbaycan futbolunda özü­nəməxsus yeri, ənənələri olan Tovuz futbol təsərrüfatının dünəni, bugünü və gələcəyi ilə bağlı fikir mübadiləsi ilə də yadda qalan tədbir olub.

 

 

Tədbirin aparıcısı, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı, en­sik­lopedik xüsusiyyətləri ilə seçilən kitabı gərgin əməyin, çoxillik araşdırmaların məhsulu olaraq qiymətləndirib.

 

ABAİB prezidenti, millət vəkili dos.dr. Qənirə Paşayeva vurğulayıb ki, zəngin ən­ənələri olan Tovuz futbol məktəbi özünün yetirmələri, sadiq azarkeşləri və digər mə­ziyyətləri ilə həmişə seçilib:

 

“Təsadüfi deyil, UEFA miqyasında müstəqil respublikamızı ilk dəfə Tovuzun “Turan” futbol klubu təmsil edib. “Turan” dəfələrlə respublika çem­pionatında qabaqcıl yerlər tutub, ilklərə imza atıb. Əlbəttə, obyektiv, subyektib səbəblərdən bugün Tovuzun futbol komandası öz keçmiş şöhrətinə uyğun mövqelərdə deyil, lakin istər rayon rəhbərliyinin, istərsə də, əlaqədar qurum və quruluşların, AFFA-nın dəstəyi ilə komandanın problemlərinin öz həllini tapacağına inanırıq. Heç şübhəsiz, keçmiş şöhrətin qaytarılması önəmli dərəcədə, komandanın əzmkar futbolçularından, o cümlədən azarkeşlərdən də asılıdır.

Mən sevinc hissi ilə demək istərdim ki, AFFA-nın Futbol Akademiyası məhz Tovuzda açılacaq. Bu, həm rayon və bölgə, həm də, ümumən respublikamız üçün əlamətdar hadisədir. Belə bir Akademiyanın məhz Tovuzda yerləşməsi özünəməxsus ənənələri olan Tovuz futbol təsərrüfatına, Tovuzda futbolun gələcəyinə inamın, ümidin ifadəsi kimi də şərh oluna bilər; bölgələrin inkişafına töhfə kimi də.

Fürsətdən istifadə edib, artıq 100-dən artıq yaşı olan Tovuz futbolunun təməllərini atanlara, onu zamanında inkişaf etdirənlərə Tanrıdan rəhmət, bugün də futbolla nəfəs alan, ona dəstək verənlərər isə möhkəm can sağlığı, iş avandlığı diləyirəm”.

 

Kitabın müəllifi Rasim Əliyev bu ensiklopedik nəşrin ideyası, ideyanın necə gerçək­ləşməsi barədə ətraflı bilgi verərərk, Tovuz Xeyriyyə Cəmiyyətinin kitabın çapına verdiyi dəstəyi xüsusilə vurğulayıb, həmçinin Tovuzda futbol təsərrüfatını canlandırmaqla bağlı fikirlərini bölüşüb.

 

Milli Məclisin Gənclər-İdman Komitəsinin sədr müavini Şahin İsmayılov, millət  vəkili Aydın Hüseynov, AFFA Mətbuat katibi Feyruz Abdullayev, əfsanəvi futbolçu Kazbek Tuayev, Tovuz futbol təsərrüfatının canlanmasında, uğurlar qazanmasında dəstəkçi olan insanlardan, onlarla insan adından Vidadi Əhmədov, Yaşar Sultanov, Tovuz rayon Gənclər-İdman İdarəsinin rəisi Sahib Ələsgərov, “Turan”ın keçmiş futbolçusu, hazırda klubun icraçı direktoru Nadir Nəbiyev, Tovuz futbolunun yetirməsi, tanınmış idman veteranı Rasim Zeynalov, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov, Təbrizli futbol azarkeşi, yazar Abbas Səhba, professorlar İradə Hüseynova, Nəsir Əhmədli, kitabın hazırlanmasında yaxından iştirak etmiş naşir Ramiz Hümmətov, “AzərKitab”ın qurucusu Sabir Həsənov çıxış edərək, ölkəmizdə həyata keçirilən gənclər-idman siyasəti, müvafiq sahəyə dair konseptual yanaşmalar və o cümlədən mövzuya aid ensiklopedik nəşrin önəmi ilə bağlı danışıblar.

 

Belə bir ortaq fikir vurğulanıb ki, istər futbol, istərsə, başqa bir idman növünün xüsusilə bölgələrdə populyarlıq qazanması, tərəfdarlar toplaması ümumi işin xeyrinə olub, gənclərin zərərli vərdişlərdən uzaq tutulması üçün daha əlverişli imkanlara meydan açır.

 

Sonra müəllif oxucular üçün kitab imzalayıb, xatirə şəkilləri çəkilib.

“100 yaşlı Tovuz futbolu”nun Tovuzda da təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin