Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb (FOTO)

08:25 02-05-2019 | icon 566 | Mədəniyyət
Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb (FOTO)

Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir Ə.Qarayev Azərbaycanla İran arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi bağlantılara söykəndiyini bildirib. Qeyd edib ki, bu gün iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edir.

 

A.İ.Türkaman öz növbəsində bu gün dövlətlərimiz və xalqlarımız səviyyəsində, ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin yaradılmasından məmnunluğunu ifadə edib. Həmçinin, İranda Azərbaycan Mədəniyyəti Günlərinin ən yüksək səviyyədə keçirilməsi üçün İran tərəfinin bütün səylərini əsirgəmədiyini deyən A.İ.Türkaman Azərbaycan tərəfinin ölkəmizdə İran Kinosu Günləri və İranın Mədəniyyət Günlərinin təşkil olunması üçün hər cür şərait yaratmasını yüksək qiymətləndirib.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə və İranın ölkəmizdəki Mədəniyyət Mərkəzinin direktoru Əsgər Farsinin də iştirak etdiyi görüşdə gələcək illərdə birgə kino həftələri, mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Ə.Qarayev bu kimi tədbirlərin keçirilməsinin iki ölkə arasında əməkdaşlığın bundan sonrakı inkişafına müsbət təsir göstərəcəyini, mədəni əlaqələrin daha da sıx inkişafına təkan verəcəyini bildirib. İrandakı tədbirlər çərçivəsində görüşlərini xatırladan nazir bu əməkdaşlığın ikitərəfli əlaqələrin daha da inkişafına vəsilə olacağını qeyd edib. İran kino mütəxəssisləri ilə birgə layihələrdən, İranda təşkil edilən Fəcr festivalında Azərbaycan teatrının uğurlu iştirakından söz açan Ə.Qarayev mədəniyyətin digər sahələrində birgə əməkdaşlığın perspektivlərini də diqqətə çatdırıb.

 

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında İranın hər zaman yaxından iştirakını vurğulayan nazir nümayəndə heyətini cari ilin 27 sentyabr tarixində Bakıda keçiriləcək Beynəlxalq kitab sərgi-yarmarkasında iştiraka dəvət edib.

İran nümayəndə heyətinin rəhbəri A.İ.Türkaman bu kimi görüşlərin qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verdiyini vurğulayıb və səmimi qəbula görə nazirə təşəkkürünü ifadə edib.

Qeyd edək ki, A.İ.Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur