"Universitetlər bilik verməklə deyil, diplom satmaqla məşğuldur"

09:37 02-05-2019 | icon 505 | Təhsil
"Universitetlər bilik verməklə deyil, diplom satmaqla məşğuldur"

Azərbaycan mədəniyyətinə, incəsənətinə ciddi dövlət dəstəyi lazımdır. Xüsusilə də, klassik musiqinin inkişafına, pop demirəm, klassik musiqi ifaçılarının yetişdiriləmsinə ehtiyac var.

 

Versus.Az-ın məlumatına görə, bunu millət vəkili Asim Mollazadə deyib.

O, qeyd edib ki, klassik musiqi ifaçılarının yetişdirilməsi üçün Bakı Musiqi Akademiyasına ciddi maliyyə dəstəyi göstərilməlidir:

 

“Azərbaycan Şərqdə ilk operanı yaradan, səhnələşdirən bir ölkədir. Azərbaycan Şərq ölkələri içərisində ilk dəfə balet əsəri yaradan bir dövlətdir. Azərbaycan Şərqdə cazın vətənidir. Ümumiyyətlə, Azərbaycan həm Şərq mədəniyyətinə, həm bütövlükdə dünya mədəniyyətinə, incəsənətinə bir çox və ilk töhfələr verən bir məmləkətdir.

Ona görə də klassik musiqinin inkişafı və klassik musiqi ifaçılarının yetişdirilməsi, əvvəlki gözəl ənənənin davam etdirilməsi, bunun üçün də ciddi maliyyə dəstəyi lazımdır”.

 

Millət vəkili eyni zamanda, ali təhsil müəssisələrinin, bir çox universitetlərin diplom satan qurumlardan əsl təhsil ocaqlarına çevrilməsinin vacibliyini vurğulayıb:

 

“Bu gün inkişafımızı əngəlləyən, təhsilimizə, elmimizə ciddi problem yaradan məsələlərdən biri savada, biliyə deyil, kağız parçası olan diploma üstünlük verilməsidir. Bir çox universitet təhsil verən deyil, diplom satan universitet, təhsil müəssisəsidir. Onlar elm, bilik, təhsil verməklə deyil, adi kağız parçası olan diplom satmaqla məşğuldurlar.

Hansı ki, onlar əsl təhsil ocaqlarına çevrilməli, biliklli, savadlı, peşəkar mütəxəssüslər hazırlamalıdırlar. Çünki bizdə əsl mütəxəssislərə, peşəkarlara ciddi ehtiyac var”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”