"Qarabağ və Kərkük türk dünyasının açar nöqtələridir"

15:40 02-05-2019 | icon 434 | Siyasət
"Qarabağ və Kərkük türk dünyasının açar nöqtələridir"

"Qarabağ, Kərkük kimi problemlər hamımızın davası olmalıdır"

 

Versus.az xəbər verir ki, bu fikri "Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumda çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib.

 

O, bildirib ki, Səddam Hüseyn dövründə televiziyada işləyərkən Kərkükə getməyə icazə vermirdilər:

“O zaman bir dəfə şans yarandı. Kərkükə getdik, oradakı insanlarla rahat danışmağa başladım. Yanımızda olan xarici jurnalistlər şoka düşmüşdülər. Suallar verirdilər ki, necə olur, azərbaycanlısınız, ancaq İraqda rahat danışırsınız? Orada bildirdim ki, biz bir millətik.

Vətən məsafələrlə ölçülmür. Biz öz uşaqlarımıza bunları anlatmalıyıq. Qarabağ, Kərkük kimi problemlər hamımızın davası olmalıdır. Əgər bir olsaq, problemlərimizi daha asan həll edərik. Azərbaycanın İraqda səfirliyi var, ancaq təklif edirəm ki, Kərkükdə də konsulluq açılsın. Biz əlaqələri daha da genişləndirməliyik.

Qarabağ problemi zamanı türk dünyasından dəstək istəmişik. Türkiyə daim yanımızda olub, ancaq digərlərinin başı öz problemlərinə qarışmışdı.

Biz heç zaman unutmamalıyıq ki, Qarabağ və Kərkük türk dünyasının açar nöqtələridir. Türk dünyası çalışıb bu problemləri həll etməlidir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol