Yer üzündə milyardlarla insanları birləşdirən və ayıran ən güclü İDEOLOGİYA

16:01 02-05-2019 | icon 912 | Kürsü
Yer üzündə milyardlarla insanları birləşdirən və ayıran ən güclü İDEOLOGİYA

Uşaqları dinə təşviqetmə, yaxud əksinə dinə qarşı təbliğat aparılmamalıdır 

NƏZAKƏT MƏMMƏDOVA

/politoloq/

 

Dostlar, dinin tədrisi məsələsinə münasibətim budur ki, nəinki islam, digər dinlərin əsasları da diqqətlə, həssaslıqla seçilmiş proqram əsasında tədris oluna bilər. Din bir elm sahəsi, tarix, fəlsəfə, ideoloji cərəyan kimi tədris olunsa yaxşı olar. Çünki din həm də bir fəlsəfədir, eyni zamanda yer üzündə milyardlarla insanları birləşdirən və ayıran ən güclü ideologiyadır.

 

Uşaqlar din barədə təməl bilgiyə sahib olmalıdır ki, gələcəkdə bu ideoloji boşluqdan digər qüvvələr istifadə edib vətəndaşlarımızı radikal terror təşkilatlarına, dini sektalara cəlb edə bilməsinlər. Lakin bunu tədris edən müəllim dini elm, fəlsəfə kimi tədris etməlidir, əsla uşaqları dinə təşviq etmə, yaxud əksinə dinə qarşı təbliğat aparılmamalıdır.

 

Məsələn, sovet dövründə ateizm, təkamül nəzəriyyəsi, darvinizm təbliğ olunurdu, çünki dövlətin rəsmi ideologiyası bu idi. Lakin Azərbaycan Respublikası dünyəvi, dinin dövlətdən ayrı olduğu sistemi qəbul etdiyindən din nə təbliğ, nə də təqib olunmalıdır. Hər kəsin dinə etiqad edib, yaxud etməmək hüququ, seçim azadlığı vardır. Uşaqlara dinlər barədə nə təbliğat-təşviqat, nə çəkindirmə təlqin olunmamalıdır. Anlaqlı yaşda onlara dinlərin təməl prinsipləri aşılanmalı, şagirdlər gələcəkdə özləri seçim etməlidirlər.

 

Məsələn, mən 7-8-ci sinifdə oxuyanda Məhəmməd peyğəmbərin həyatından çoxlu kitablar oxuyurdum. Lakin bu gün inanclı müsəlman olsam da, qatı dindar deyiləm. Amma Allaha və onun rəsuluna inanıram. Məhəmməd əleyhissəlama isə daha çox dahi bir filosof, yeni təlim gətirmiş şəxsiyyət kimi baxıram. Yəni, 7-8-ci siniflərdə dinə aid kitablar oxumam məni nə dindar, nə ateist edib. Dünyəvi dövlətin orta təhsil ocaqlarında din tədris oluna bilər, amma təbliğ oluna bilməz. Kim bilir, bəlkə intiharın Allah yanında günah olduğu deyilsəydi, balaca Elina heç intihar etməzdi?!

 

Həzrət Əlinin qəhrəmanlığı, Həzrəti Məhəmmədin öz ideyası uğrunda əzmkar mübarizəsi, İsa peyğəmbərin humanistliyi, Musa peyğəmbərin öz millətini azadlığa aparmaq əzmi, həzrəti Süleymanın müdrikliyi bir tarix kimi, qəhrəmanlıq nümunəsi kimi tədris olunsa, məncə yaxşı olar. Qəsbkar Romalılardan, fateh Makedoniyalı İskəndərdən, işğalçı Napoleondan danışırıqsa bəs islamın şiri, dahi Həzrət Əli kimi qəhrəmandan niyə danışmayaq?!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi