"Məktəblinin dostları" Elinanın oxuduğu məktəbdə fəaliyyətə başlayıb

16:12 02-05-2019 | icon 443 | Təhsil
"Məktəblinin dostları" Elinanın oxuduğu məktəbdə fəaliyyətə başlayıb

Bakının 162 saylı orta məktəb şagirdi Elina Hacıyevanın özünü məktəb pəncərəsindən atmasından sonra həmin təhsil müəssisəsində də “Məktəblinin dostu” layihəsinin iştirakçıları fəaliyyət göstərməyə başlayıblar.

 

Versus.Az xəbər verir ki, bunu “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev layihənin hesabat tədbirində çıxış edən zaman deyib:

"Elinanın intiharına qədər o məktəbdə məktəblinin dostları yox idi. Amma o hadisədən təxminən 10 gün sonra həmin məktəbdə də məktəblinin dostları fəaliyyətə başlayıb".

 

R.Ağayev məktəblinin dostlarının məktəb rəhbərliyinə tabe olmadıqlarını da söyləyib.

Onun sözlərinə görə, layihə yeni fəaliyyətə başlayanda bəzi məktəblərin tualetlərində şagirdlərin siqaret çəkməsi tez-tez müşahidə olunurdu. Lakin iştirakçıların müdaxiləsindən sonra layihənin cəlb olunduğu məktəblərin şagirdlərinin siqaret çəkməsi halları aradan qaldırılıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib ki, "Məktəblinin dostları" layihəsi yeni fəaliyyətə başlayanda məktəb direktorları narahatlıq keçirirdilər:

"Çünki məktəbdə nə baş verirsə, bizim xəbərimiz olacaqdı. Hər günün sonunda bizə onların fəaliyyəti barədə hesabat daxil olur".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol