Qənirə Paşayeva mütaliəni vərdişə necə çevrməkdən danışıb

08:21 03-05-2019 | icon 615 | Cəmiyyət
Qənirə Paşayeva mütaliəni vərdişə necə çevrməkdən danışıb

“Gənclərimizin kitab oxumağa maraq və meylinin artması istiqamətində layihələr həyata keçirməliyik

 

Millət vəkili Qənirə Paşayeva IV Buktreyler Festivalında çıxış edib, bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib və festivalın qaliblərini təbrik edib.

 

Versus.Az-ın məlumatına görə, “Kitaba dəstək cəmiyyətə dəstəkdir, inkişafa dəstəkdir deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir:

 

"Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir. Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik”.

 

Millət vəkili uşaqlarımız, gənclərimiz arasında daha çox kitab oxumağın, mütaliənin əhəmiyyətini vurğulayıb, kitab oxumağın təbliği istiqamətində layihələrin daha çox artmasının vacibliyini qeyd edib və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaq üçün hər yerdə kitab təbliğ olunmalıdır və ilk öncə ailələrimizdən başlanmalıdır:

 

“Kitabxanalara gənclərimizi cəlb etmək üçün kitabxanaları gənclərimizin ayağına gətirməliyik, parklarda "Mən oxudumsa, sən də oxu" şüarları altında xüsusi materialdan  hazırlanmış kitab rəflərinin qoyulması, nəqliyyat qurumları ilə əməkdaşlıq edərək uzun yol qət edən avtobuslarda kitab oxumağın, mütaliənin təbliğ edilməsi məqsədilə addımların atılması, rayonlarda kitab evlərinin yaradılması, tanınmış yazar, şair və ziyalılarımızın bölgələrə dəvət olunması, onlarla görüşlərin keçirilməsi, onların kitablarının imza günlərinin keçirilməsi öz müsbət töhfəsini verə bilər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin