Qənirə Paşayeva türk dünyasına çağırış edib

14:01 03-05-2019 | icon 471 | Siyasət
Qənirə Paşayeva türk dünyasına çağırış edib

“Bərabərliyimizi daha da gücləndirməliyik”

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Türkiyə Evi, Azəri-Türk Qadınlar Birliyi və Yeniçağ.Az Media Qrupunun təşkilatçılığı, Tika Bakü, TÜİB və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İraq, Türkiyə və Azərbaycandan olan dəyərli elm adamları və ictimai-siyasi xadimlərimizin iştirakı ilə “Türk Dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: geopolitik çağırışlar və perspektivlər” mövzusunda Beynəlxalq Simpozium keçirilib.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva İraq parlamentində insan haqları komitəsinin sədri, İraq Türkmən Cəbhəsinin başqanı Erşad Salihinin rəhbərlik etdiyi İraq, Kərkük nümayəndə heyətinə və Türkiyədən gələn ziyalılara öz Vətəninizə xoş gəlmisiniz deyib.

 

“Hələ ümummilli lider Heydər Əliyev tarixi araşdırarkən gördüm ki, İraq türkmənləri ilə biz azərbaycanlılar bir bütövün parçalarıyıq” fikrini qeyd edən millət vəkili Prezident İlham Əliyevin İraq türkmənlərinə, İraqda yaşayan soydaşlarımıza hər zaman həssas yanaşdığını deyib:

 

Bu gün qardaşlıq, birlik və bərabərlik günüdür. İnsanımızın daha çox acı çəkməməsi, zülm görməməsi üçün birlik və bərabərliyimizi daha da gücləndirməli və onların yanında olmalıyıq. Türk dünyasına səslənərək “bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən bütün türkləri bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir Türk insanını imkanları daxilində İraq türkmənlərinə yardım göstərməyə çağırıram. Biz maddi yardımlarla bərabər mənəvi, siyasi dəstəyimizlə də onların yanında daha çox olmalıyıq”.

 

Qənirə Paşayeva bütün dünyada yaşayan Türk insanını İraq türkmənlərinin səsi olmağa və onlarla bağlı həqiqətlərin dünyaya daha geniş duyurulmasında fəal olmağa çağırıb. İraq türkmənlərinin vəziyyəti ilə bağlı Avropa Şurası Parlament Assambleyasında çıxış edərək, çağırış səsləndirdiyini vurğulayan millət vəkili beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin İraq türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb.

 

Türk Dünyasının İraq türkmənlərinə daha çox diqqət göstərməsinin vacibliyini vurğulayan Qənirə Paşayeva diaspor təşkilatlarımızın da türkmənlərin səsini beynəlxaql ictimaiyyətə daha geniş duyurulması istiqamətində fəallığını artırmalarının vacibliyini xüsusi qeyd edib. Millət vəkili bildirib ki, 1 milyon insanı Ermənistanın işğalçılığı səbəbindən qaçqın və məcburi köçkün düşmüş Azərbaycan və Azərbaycan Türkləri İraqdan köçkün düşmüş qardaş-bacılarımızın acılarını çox yaxşı anlayır və hər zaman yanınızdayıq deyib. O, bildirib ki, İraq parlamentində insan haqları komitəsinin sədri, İraq Türkmən Cəbhəsinin başqanı Erşad Salihinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan parlamentində hökumət üzvləri ilə görüşü, ziyalılar, ictimai təşkilatlarla görüşləri və aparılan fikir mübadiləsi Azərbaycanla İraq türkmənləri arasında əməkdaşlığın, əlaqələrin, ortaq layihələrin artmasına öz müsbət töhfələrini verəcək və bu istiqamətdə bir sıra təkliflər səsləndirərək "inanırıq ki, yaxın zamanlarda onların bir hissəsinin reallığa çevriləcəyinin şahidi olacağıq" deyib.

 

İraq parlamentində insan haqları komitəsinin sədri, İraq Türkmən Cəbhəsinin başqanı Erşad Salihinin hər zaman İraqda Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında, erməni yalanlarına qarşı mübarizədə fəallıq göstərdiyini xüsusi vurğulayan millət vəkili Azərbaycanla İraq türkmənləri arasında münasibətlərin inkişafında hər birimiz daha çox çalışmalıyıq deyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı