Əli Əliyev Əli İnsanov barədə yanıldığına təəssüf etdi

15:57 03-05-2019 | icon 1247 | Siyasət
Əli Əliyev Əli İnsanov barədə yanıldığına təəssüf etdi

Əli Əliyev: “Əli İnsanov, qayıdın o yoldan, nə qədər gec deyil”

 

“Əli İnsanovun vətəndaş və insani haqlarını müdafiə edənlərdənəm. Həbsdəki yaşamına da sayğı ilə yanaşmışam. Amma heç zaman onun şovinistcəsinə regionçuluğuna hörmətim olmayıb. İnsanların 40-dan sonra dəyişdiyinə inanmıram. Amma düşünürdüm ki, hörmətli Akademik bu ağır taledən, aldığı dərslərdən nəticə çıxarar”.

 

Versus.Az xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev yazıb. Partiya sədri təəssüf etdiyini vurğulayıb:

 

“Təəssüf... Çünki millətin indi ziyalılara, alimlərə, siyasət adamlarına zəruri dərəcədə ehtiyacı var. Hesab edirdim ki, Əli müəllim YAP-ın ölkəyə vurduğu zədələrdə, özünün nazir olarkən buraxdığı səhvlərdən və yeni baxışlarından danışacaq. Əfsuslar... Dünən "Amerikanın səsi" tv-nə verdiyi müsahibədə yaraşdırmadığım şəkildə yenidən milləti doğma və ögeyə böldü. Regionçuluqla bağlı əvvəldən hazırlanmış suala, çox biabırçı bir cavab verdi: "Adam əvvəl doğma anasını, sonra başqa anaları sevər".

Hörmətli Əli müəllim! Yetmədimi milləti daxildən ögey doğmalara böldünüz. Həbs həyatı da Sizə dərs olmadımı? Abdullayev və Umnyaşkin nümunələri Sizə yerliçiliyin yanlış olduğunu sübut etmədimi? Sizin əzmlə mübarizəyə atılacağınızı, qurulmasında yaxından iştirak etdiyiniz sistemin demontajında qatqınızı səbrsizliklə gözləyirdim. Növbəti dəfə heyfslənirəm ki, "Bu da belə!".”

 

Əli Əliyev Əli İnsanova müraciətlə “qayıdın o yoldan, nə qədər gec deyil”- deyə, səslənib:

 

“Dilində gözəl danışdığınız hayların təhlükəsi qarşısında, millətin vəhdəti mühüm dərəcədə zəruridir. Daxili parçalanma gücümüzü azaldır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?