"Əli İnsanov özünün xəyanətkar simasını ortaya qoyur"

17:00 03-05-2019 | icon 458 | Siyasət
"Əli İnsanov özünün xəyanətkar simasını ortaya qoyur"

Aydın Hüseynov: "Onun bu hərəkəti Azərbaycan dövlətinə, xalqına xəyanətdən başqa bir şey deyil"

 

"Prezident İlham Əliyevin yüksək ideallara söykənən humanist addımı ilə azadlığa çıxan Əli İnsanov öz açıqlamaları ilə xəyanətkar simasını ortaya qoyur".

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu millət vəkili Aydın Hüseynov deyib.

 

Deputat bildirib ki, hər şeydən əli üzülmüş Əli İnsanov indi də özünü separatçı erməni ideoloqu kimi təqdim etməyə çalışır:

“Onun bu cür əsassız fikirləri Azərbaycan cəmiyyətində yalnız təəssüf doğurur. Əli İnsanovun bu hərəkəti Azərbaycan dövlətinə, xalqına xəyanətdən başqa bir şey deyil. Erməni separatçılarının ideoloji tezis kimi uydurduğu əsassız şüarın Əli İnsanov tərəfindən dəstəklənməsi milli xəyanətdir”.

 

A.Hüseynovun sözlərinə görə, Azərbaycan xalqının dəstəyini qazanmaq xəyalının əsassız olduğunu görən Əli İnsanov ermənilərə arxalanmaq fikrinə düşüb:

“Əli İnsanov vaxtilə yüksək dövlət vəzifəsi icra edərkən Heydər Əliyev ideyalarına, siyasi xəttinə qarşı çıxaraq xəyanətkar mövqeyini ortaya qoyub. Görünür, bu gün də eyni siyasi əxlaqın daşıyıcısı olaraq həyatına və yoluna davam edir. O, cılız ambisiyalarının əsiridir və ermənilərlə birlikdə bu xalqdan qisas almaq missiyasını həyata keçirməkdə israrlıdır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı