Gürcüstandan Azərbaycana qarşı yönələn iddialarda erməni izi

17:19 03-05-2019 | icon 436 | Siyasət
Gürcüstandan Azərbaycana qarşı yönələn iddialarda erməni izi

Əlabbas Məhərrəmli: “Azərbaycan-Gürcüstan münasibətlərinin kəskinləşməsindən faydalana biləcək tərəf ermənilərdir”

 

“Gürcüstan cəmiyyəti və siyasi elitası Azərbaycandan və əlbəttə ki, Türkiyədən həyati dərəcədə asılı olduğunu başa düşürlər, dərk edirlər. Ona görə də, bu gərginliyin planlı şəkildə yaradıldığını birmənalı şəkildə iddia etmək çətindir”.

 

Bunu Versus.Az-a Gürcüstandan Azərbaycana qarşı yönələn əks iddialarla bağlı aşıqlamasında siyasi ekspert Əlabbas Məhərrəmli deyib.

 

Azərbaycana qarşı iddialar irəli sürənlərin sabiq məmur və gürcü cəmiyyətində xüsusi çəkisi olmayan siyasətçilər olduğunu vurğulayan ekspertin fikrincə, onlar ola bilər, bununla ya xal qazanmağı, ya da hakimiyyətin çətin vəziyyətə düşməyini hədəfləyiblər:

 

“Mən bununla gürcülərin bizə qarşı tam iddiasız olduqlarını demək istəmirəm. Lakin ağlı başında olan şəxs nədən özünə problem yaratsın? Diqqət etdinizsə, son günlərdə Gürcüstanın daxili işlər naziri, prezidentin mətbuat katibi yumşaldıcı bəyanatlar verdilər. Bu da onu göstərir ki, Gürcüstan hakimiyyəti vəziyyəti gərginləşdirməyin mümkün nəticələrini özü üçün təsəvvür edir”.

 

Əlabbas Məhərrəmli bildirdi ki, Gürcüstandan Azərbaycana qarşı yönələn iddiaların, provakasiyaların arxasında ermənilərin olduğu da istisna deyil:

 

“Çünki Azərbaycanla Gürcüstanın münasibətlərinin kəskinləşməsindən faydalana biləcək tərəf məhz ermənilərdir. O baxımdan, son gərginlikdə ermənilərin pərdəarxası rolunun olması aksiomdur. Ermənilərə bu çərçivədə öz məqsədlərinə çatmasına imkan verilməməlidir. Bunu gürcülər də nəzərə almalı və nəticə çıxarmaldırlar”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol