Üç cildlik “Aşıq Ədəbiyyatı” antologiyası

15:40 26-02-2018 | icon 964 | İqtisadiyyat
Üç cildlik “Aşıq Ədəbiyyatı” antologiyası

Xalqın zəngin mədəni irsi, mənəvi dəyərlərinin toplanması və gələcək nəsillərə ötürülməsi ən ümdə məsələlərdən biri kimi elmi-mədəni mühiti həmişə düşündürüb. “Xalq Əmanəti” layihəsi çərçivəsində Xalq Bankın son səkkiz ildə həyata keçirdiyi möhtəşəm işlər tarixi ənənənin yaşarılığının bariz nümunəsidir.

Versus.az-ın məlumatına görə, bu illər ərzində maliyyə qurumunun nəşr edib oxuculara hədiyyə etdiyi dəyərli kitab və bədii albomlar sırasına üç cildlik “Aşıq Ədəbiyyatı” antologiyası (“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”) da əlavə olunub. Bu toplunun yaranması xalqımızın milli-mənəvi mədəniyyətinə dərin hörmət və sevginin ifadəsidir.

Olduqca nəfis tərtibatda təqdim edilən antologiya bir sıra özəlliklərə malikdir – ilk növbədə onu qeyd etmək lazımdır ki, ilk dəfə olaraq xalqımızın əsrlər boyu nəsillərdən-nəsillərə ötürərək qoruduğu aşıq ədəbiyyatı nümunələri, eləcə də böyük ustad-sənətkarlarımız Dədə Qorquddan üzü bəri bir toplu halında cəmlənir.

Bankın layihə çərçivəsində gördüyü işlər, layihənin davamlı olaraq həyata keçirilməsi, eyni zamanda xalqımızın mədəni irsinin zənginliyi bu sahədə görüləsi işlərin çox, “Xalq Əmanəti” layihəsinin isə ömrünün uzun olacağını düşünməyə əsas verir.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı