"Döyüşə qızlar gedir" – FİLMİN TƏQDİMATI

20:25 03-05-2019 | icon 614 | Cəmiyyət
"Döyüşə qızlar gedir" – FİLMİN TƏQDİMATI

Millət vəkili Qənirə Paşayeva tanınmış araşdırmaçı-yazar Zemfira Məhərrəmlinin "Qarabağ müharibəsi: zərif talelər" əsəri əsasında çəkilən "Döyüşə qızlar gedir" filmin təqdimatında çıxış edib.

 

Versus.Az-ın məlumatına görə, müəllifi yeni kitabı və film münasibətilə təbrik edən millət vəkili Q.Paşayeva Qarabağ müharibəsində fədakarcasına, qəhrəmanlıqla vuruşan qadınlarımızı daha çox təbliğ etməliyik deyib. Qarabağ müharibəsində qəhrəman oğullarımızla yanaşı, qəhrəman qızlarımız da vuruşub deyən millət vəkili biz qəhrəman, qazi oğullarımızı təbliğ edirik, bu, belə də olmalıdır. Ancaq unutmamalıyıq ki, Vətən darda olanda istər arxa, istərsə də ön cəbhədə oğullarımızla çiyin-çiyinə döyüşən qızlarımız da vardı və gənc nəsillərimizin hərbi vətənpərvərlik ruhunda yetişməsi üçün qəhrəman oğullarımızla yanaşı, qəhrəman qızlarımızın da gənc nəsillərə tanıdılması, təbliği çox vacibdir deyib. Belə filmlərin çəkilməsini təqdirəlayiq hal kimi qiymətləndirdiyini deyən millət vəkili Q.Paşayeva qeyd etdi ki, hələ Qarabağ yaramız sağalmayıb, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi oğullarımızla yanaşı, qızlarımızın da qəhrəmanlıqları təbliğ olunmalıdır. Qarabağ müharibəsində fədakarcasına, qəhrəmanlıqla vuruşan qadınlarımızın gənc qızlar üçüm əsl örnək olduğunu xüsusi vurğulayıb və onların gənclərə daha yaxından tanıdılması üçün KİV-lərə, televiziyalara, universitetlərə çağırış edib:

 

“Qarabağ müharibəsində fədakarcasına, qəhrəmanlıqla vuruşan qadınlarımız barədə reportaj, proqramların hazırlanması, onların müxtəlif verilişlərə daha çox dəvət olunması, bir sözlə onların cəmiyyətə daha yaxından tanıdılması  böyüyən gənc qızlarımız çox önəmlidir".

 

Bu filmin ölkəmizin müxtəlif bölgələrində təqdimatının keçirilməsinin və müxtəlif xarici dillərə tərcümə edilərək ölkəmizin hüdudlarından kənarda tanıdılmasının vacibliyini qeyd edən millət vəkili Q.Paşayeva gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsi, qəhrəman oğul və qızlarımızın daha geniş tanıdılması və təbliği baxımından çox vacibdir deyib. Çıxışının sonunda millət vəkili inşallah gələn tədbirlərimizi Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, o gözəl torpaqlarımızda qeyd edək deyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?