713 SAYLI HƏRBİ HİSSƏ GƏRƏKƏNDƏ HƏRBİ SÜLHDƏN ÇOX SEVİR

12:14 04-05-2019 | icon 1528 | Şəhidlər və şahidlər
713 SAYLI HƏRBİ HİSSƏ GƏRƏKƏNDƏ HƏRBİ SÜLHDƏN ÇOX SEVİR

BU, HƏM DƏ ÖNDƏRLƏRİMİZİN NADANLARA MESAJI OLUB

 

İGİD TEYMURLU YAZIR

 

 

Şah İsmayıl zamanından ta bu günədək 33 dəfədən də artıq kiçilən Azərbaycan bu gün “sivil, demokratik” adlandırdığımız dünyada DƏRDLƏRİYLƏ baş-başa qalıb. Xaricdən ixrac olunan “demokratiya, söz özgürlüyü” adı altında qarşılıqlı yardım prinsipiylə DƏRDLƏRİMİZə çarə bulacaq kimi görünənlərsə öz havalarını çalmaqda, təəssüflər olsun ki, bizlər də bu səsin həzin sədaları altında qol götürüb şıdırğı oynamaqdayıq. Və bu oyun uzun çəkdiyindən artıq bu adamların deməyə sözləri də yoxdur.

 

“XƏYANƏTLƏR” FONUNDA “BİZ BALACAYIQ” ESKİZİ

 

Dəliliyi demokratiya donunda görən paranoik siyasətbazlarla işim yox, ancaq hörmət bəslədiyim və daim məmləkətimizin sabahı naminə yazılarından nəsə öyrəndiyim elm adamlarının, qələm sahiblərinin müəyyən məsələlərə yanaşmalarındakı Robespyersayağı davranışları adama təsir edir. Bu gün həmin siyasətbazların cəmiyyəti Amerikaya, Rusiyaya, Fransaya n tapınma meylləri üzərində kökləmə cəhdi də bu qəbildəndir...

 

27  ildir ki, bu “kökləmə cəhd”lərini  ürək ağrısıyla yada saldığımız itkilərimizdən olan “ŞUŞA XƏYANƏTİ”, “LAÇIN XƏYANƏTİ” ilə bağlı yazdığımız yazıların əsas leytmotivi olaraq göstərir, siyasətbazlarımız da millətə xitabən “ABŞ-la, Rusiya ilə, Fransa ilə qoz-qoz oynamaq təhlükəlidir” mesayını ünvanlamaqla aparılacaq mübarizədə “hələ balacayıq” deyirlər...

 

Qardaşım, bizimki artıq qoz-qoz oynmaqdan keçib. Və zatən ərz elədim ki, onsuz da balacalaşmışıq. Və “sivil” dediyiniz dünya bizləri yenə də “balacalaşdırmaq”da zatən israrlıdır.

 

713 SAYLI HƏRBİ HİSSƏNİN ŞƏHİDLƏRİNİN TİMSALINDA NİGARAN RUHLARIN SÖYLƏDİKLƏRİ

 

Bir az ədalətli olun...

Elə ol səbəbdən də 27 ildir ki, mən Pircahanın Daşbulağından su içə bilmirəm...

Elə ol səbəbdəndir ki, mən Pircahanın körpüsündən o yana adlaya bilmirəm...

Elə ol səbəbdəndir ki, Pircahan kəndimdəki qalaya sığınıb gavurlara qarşı antiterror əməliyyatına başlaya bilmirəm....

Elə ol səbəbdəndir ki, düşmən tapdağı altında qalan məbədlərimə sığına bilmirəm...

Elə ol səbəbdəndir ki, mən hələ də 713 saylı hərbi hissənin Şəhidlərinin timsalında yurd uğrunda canını fəda edən Nigaran Ruhların ittihamları qarşısında diligödəyəm...

Bizim bundan o yana “balacalaşmağa”, bundan o yana gözləməyə təhəmmülümüz yox . Deyildiyi kimi “ya Qarabağ, ya ölüm: başqa yolu yox artıq”...

 

ŞUŞAYA GEDƏN YOL LAÇINDAN KEÇİRSƏ....

 

Bəli, indiki anlamda pul-para, güc haradadırsa, haqq da ora sayılır. 27 ildir ki, hər şeydə günahkar olaraq özümüzü görmüş və həm də hər zaman günahkarları özümüz ört-basdır etmişik. Heç şübhəsiz ki, baş verən olaylarda içərimizdən olan ayrı-ayrı şəxslərin günahı olub. Sadə məntiqdən də bu, görünür.. 

Şuşaya gedən yol Laçından keçirsə və Laçın da bizim əlimizdədirsə, onda Şuşa nədən demək olar ki, mühasirədə qalmış ermənilərə təslim olur?..

 

Nədən erməni 18 mayda Laçına girirsə, Qubadlının Qayğı qəsəbəsindəki qüvvələr genişmiqyaslı hərbi əməliyyatlara başlamır?..

 

Nədən çox şeylərə cavab verməli olan Rəhim Qazıyevin, Leyla Yunusun, Elbrus Orucovun, Nəcməddin Sadıqovun, Dadaş Rzayevin,  rəhmətlik Zaur Rzayevin, rəhmətlik Tahir Süleymanovun, rəhmətlik Bəxtiyar Cavadovun, Arif Paşanın, Şuşa rayon icra başçısının, icma rəhbərinin  sirr dolu gəmiləri bu zaman qədər “etibarlı limanlar”a yan alıb dayanıb?..

Və Şuşaya gedən yol Laçından keçirsə, kimsə Laçının güzəştə gedilə biləcəyindən, düşmən qüvvələr üçün hansısa koridorundan danışmasın...

 

Ötən həmin zaman çərçivəsində bu adamların, bu hərbçilərin, bu  siyasi fiqurların daha çox üzdə olmaları sonradan həmin kəslərin dolayısı yolla həm də qınaq obyektinə çevrilməsi prosesinə stimul verib. Ancaq heç şübhəsiz ki, adları sadalanan bu kəslərin Laçın və Şuşa olaylarıyla bağlı bildikləri, bilib demədikləri həqiqətlər var. Artıq bəziləri o həqiqətləri özləriylə birgə qəbr evinə aparıblar. Həqiqətlərimiz də beləcə kömülməkdə və bizlər də öz dərdimizə dəlicəsinə oynamaqdayıq.  O zamanın gerçəkliyi və bu günün susqunluğundan məsələyə yanaşanda  bir çox müəmmalı suallar ortaya çıxır ki, bütün bunlar da araşdırılmalıdır.

 

RƏHİM QAZIYEVİN ETİRAFINDAN DOĞAN NƏSNƏLƏR

 

Digər bir tərəfdən, unutmaq lazım deyil ki, o dövrün ictimai-siyasi prosesləri fonunda Ayaz Mütəllibov və Elçibəy hakimiyyətinin kürsü davası rus və erməni birləşmələrinə öz çirkin niyyətlərinin gerçəkləşdirmək üçün həm də münbit şərait yaratdı. Məhz bu baxımdan bir az sadəlövh, bir az təcrübəsiz, bir az hikkəli, bir az iddialı və bir az da qəzəbli olan kürsü həvəskarları Azərbaycanın ətrafında hörülən toru ya görmədilər, ya da sadəcə olaraq, korporativ maraqları hər şeyi üstələdiyindən bunu ümumiyyətlə görməz oldular. Təsadüfi deyil ki, o dövrdə müdafiə naziri olmuş Rəhim Qazıyevin özü də təsdiqləyir ki, “bizim ən böyük səhvimiz ətrafımızdakı erməniləri görməməyiniz olub”.

 

Bəli, bu adamlar ölkəni də, ordunu da sanki gözüyumulu halda idarə ediblər. “Ətraflarında at oynadan ermənilər”i görməyiblər. Hansısa Qraçovlara, hansısa Şerbaklara bel bağlayıblar. Sonradan Ağdərə əməliyyatında dövləti, dövlətinin vətəndaşını qoyub, düşmən cəbhədə dayanan Şerbakdan kömək istəməyin özü də bunu təsdiqləyir...

 

Bir müdafiə nazirinin könüllü hərbi birləşmə olaraq “713 saylı hərbi hissənin mövcudluğundan xəbərsizliyi“  barədə verdiyi mətbu açıqlamalar da bunu təsdiqləyir...

Sonuc nə oldu. Sonuc o oldu ki, Şuşa da, Laçın da, Ağdərə də, bütövlükdə Azərbaycan torpaqlarının 25 faizindən çoxu strateji və taktiki baxımdan düzgün plan əsasında hazırlanmayan döyüş nəticəsində gavurlara qaldı.  Və bu, həmin erməni gavurlardır  ki, zaman boyu rusun, farsın, fransızın, ingilisin siyasi fahişəsi rolunda çıxış ediblər. Nə yazıq ki, bizlər də “ətrafımızdakı erməniləri görməyən” siyasət dəllalarının səbatsızlıqları ucbatından erməni adlı fahişənin əsirləriyik.

 

 

EMOSİONAL PATRİOTİZMİN “GƏNC QVARDİYASI” VƏ ÖRNƏK OLACAQ GERÇƏK QƏHRƏMANLARIMIZ

 

Bütün bunlara rəğmən həmin dövrün Şəhidlərinin və Şahidlərinin keçdiyi döyüş yoluna nəzər salınmalı, o dövrün hərbi və siyasi müstəvisində oynanılan oyunlar dilə gətirilməli, tariximizi yaşatmaq üçün o tarixi yaşayanlar, ölümləriylə o tarixi yaşadanlar örnək olaraq cəmiyyətimizə təqdim olunmalıdır...

Sovet dönəmində A.Fadeyevin “Gənc qvardiya”sında “müharibə”,  “almanlar”,  “partizan hərəkatı”,  “vətənini sevən cavan uşaqlar”,  “onların azadlıq mübarizəsi və qəhrəmancasına ölümləri” barədə zaman-zaman bizlərə danışıb, bizləri onlara oxşamağa çağırıblar.  Deyəsən biz hələ də o emosional patriotizmdən uzaqlaşa bilməmişik. Söz qəhrəmanları kimi davranırıq, emosiya qəhrəmanları kimi görünürük, öz gerçək qəhrəmanlarımızın döyüş yolundan xəbərsiz kimi davranırıq. Gerçək qəhrəmanlarımızı yetişən nəslə örnək olaraq tanıda bilməmişik,  O qəhrəmanların uğrunda can qoyduqları yurd sevgisini gəncliyimizə tanıtmaqda sanki ortalıqda görünməz baryerlər var. Yurdumuzun azadlığı uğrunda can qoyan fədailər ordusunun apardıqları mücadilə geniş spektrdə işıqlandırılmayıb. Bu gün diriykən vətən itkisi qarşılığında ölü kimi gəzən döyüşçülərin iç dünyasının özəlliklərini yetişən nəslə təqdim edə bilməmişik. Zaman-zaman bizləri pis günə qoyan unutqanlıq qorxusu Demokl qılıncı kimi başımızın üstündədir...

 

UNUDULAN ŞƏHİDLİYİMİZ VƏ ŞƏHİDLƏRİMİZİN UNUTMADIQLARI

 

Bu gün döyüş əməliyyatları zamanı bombardmandan həlak olan və düşmənlər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş mülki insanlarımız ayrıca bir siyahıyla qeydə alınıb. Ancaq verilən məlumata görə  “1991-1994-cü illər ərzində Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında 11 557 Azərbaycan hərbçisi şəhid olub”.  Şəhidliyin Zirvəsinə ucalan bu İnsanlardan Azərbaycan gəncliyinin əksəriyyətinin xəbəri yox. Və bu o gənclikdir ki, Şəhidlərimiz onların uğrunda canlarını fəda edərək millətimizin, dövlətimizin sabahını, gələcəyini onlara etibar ediblər!

Öyləsə, qoy hər kəs özünə sual etsin görək: əcəba, mən hansı üzlə O Şəhidin qarşısına çıxacam!?

 

PİRCAHAN  ŞƏHİDLƏRİNİN BAXIŞLARINDAKI DİKTƏ

 

Bu gün Şəhid və Şahidlərimizin arasında Azərbaycanımızın hər bölgəsindən, hər kəndindən olan gerçək qəhrəmanlarımız var. Onlar bir-bir yad edilməli və onlar bir-bir dinlənilməlidir.  

Biz bu gün həmin qəhrəmanları yaşatmaq üçün onların uğrunda can qoyduqları elə, yurda, obaya sahib çıxmalıyıq ki, Şəhid qardaş və bacılarımızın Nigaran Ruhları, Şahid qardaş və bacılarımızın qövr edən yaraları bizim biganəliyimizə baxıb bizi qınamasınlar.

 

Biz bu gün Bakının göbəyindəcə lal-dinməz oturub öz günümüzü sürdürürürüksə, Daşbulağa, Pircan körpüsünə, Gavur qalasına, Hoçazdakı mağara-məbədə, Qorçudakı, Şəlvədəki, Cicimlidəki, Sonasardakı, Mirikdəki məbədlərə, Qaraqışlaqdakı, Piçənisdəki məscidlərə, birtağlı, ikitağlı körpülərimizə  və saymaqla bitməyən yüzlərlə tarixi daş yaddaşımıza ölümləriylə sahib çıxan Nigaran Ruhlarımız 27 ildir ki, Laçın səması üstündə qıy vurur, “hanı mənim kürəyimi söykədiyim dağ əzəmətli səngər yoldaşım!” haray çəkir!!!

 

713 saylı hərbi hissənin döyüşərək qəhrəmancasına həlak olan döyüşçüləri  Vüqar Mehdiqulu oğlu Həsənquliyev, İman Mehdiqulu oğlu Həsənquliyev, Bəhmən Çərkəz oğlu Səfərəliyev , Səməd Kərim oğlu Səmədov, Mehdi Həmdəm oğlu Rüstəmov, Oqtay Asif oğlu Əbdüləliyev, Sədrəddin Hurəddin oğlu Allahyarov, İlqar Hurəddin oğlu Allahyarov,  Elxan Kərim oğlu Məmmədov əməllərimizə baxıb bizə nə ad verər!?...

 

AİLƏ ETİKASI VƏ DÖVLƏTÇİLİK YANĞISINDA 713 SAYLI HƏRBİ HİSSƏ NÜMUNƏSİ

 

Nədən 3 igid oğlu düşmənə qarşı sinə gərən, ikisi döyüşdə qəhrəmancasına həlak olan Mehdiqulu Həsənquliyevin, 3 oğlunu yurd fədaisi olaraq döyüşə yollayan Çərkəz Səfərəliyevin  ailə etikası, ailə əxlaqı, dövlətçilik yanğısı, el, oba sevgisi cəmiyyətimizə örnək olacaq səviyyədə, nümunə timsalında təqdim edilmir!?

 

Nədən 2 qardaşının ÖLÜMSÜZLÜYÜnə Şahidlik edən Etibar Həsənquliyevin  qəhrəmanlıqları, yaşantıları, duyduqları, gördükləri, hərbi təcrübəsi  dərsliklərimizin ön səhifələrini bəzəmir!?

 

Nədən elə 713 saylı hərbi hissənin Döyüşçülərinin timsalında görüşlər keçirilmir!?

 

SÜMÜKLƏRİMİZİN QƏBİRDƏN ÇIXARILMA QORXUSU

 

O Şəhid və Şahid Baxışlarının Diktəsi bizlərə nə söyləyir, fərqindəsinizmi!?

 

O Baxışların Diktəsində bu gün belə öz cavabını tapmayan suallar var. O suallara aidiyyatı kəslər tərəfindən bu və ya digər şəkildə aydınlıq gətirilib. Ancaq itirilən yurd yerlərimizi hələ ki, əldə edə bilməməyimizə görə gələcək nəsillərin sümüklərimizi qəbirdən çıxarıb dar ağaclarından asma mesajı var – bizi Oliver Kromvellin aqibəti gözləyir!..

 

METE XAQANDAN SİTAT VƏ ETİBAR HƏSƏNQULİYEVİN DÖYÜŞ RUHU

 

Bizə biz “hələ balacayıq”, “Ermənistanın arxasında Rusiya faktoru var” deyənlərə  Mete Xaqanımızdan bir misal çəkim. Ulu Xaqanımızın Çinə yürüşü zamanı türklərə nisbətdə çinlilərin dəhşətli sayda çox olduğunu görən  vəziri “nə düşünürsən, əfəndim?” –deyə sual edir. Vəzirə cavabında Ulu Xaqanımız soyuqqanlı bir tərzdə “mən bu qədər çinlini hara basdıracağam?”- deyir...

 

Bizə “biz balacayıq” deyə həm də hansısa Rusiya faktorunu sıraımaq istəyənlərə iki qardaşını Şəhid verən ETİBAR MEHDİQULU OĞLU HƏSƏNQULİYEVİN DÖYÜŞ RUHUnu örnək olaraq göstərməliyik - əməllərində Mete Xaqanımızın Döyüş Ruhunu yaşadan Etbar Həsənquliyevin!

Döyüşdə qələbəni təmin edən ruhdursa (və ruhdur da!), o da bizim oğullarımızda var. Yetər ki, bir əmr verilsin!

 

 

 

DAŞBULAQĞIN SUYUNA TAMARZI QALMAĞIN TƏMƏLİ

 

Biz nə “balaca”, nə də “zəif” deyilik.  Ancaq Bizi Bizdən uzaqlaşdıran balacalağımız, Bizi öz Kimliyinizdən, Bizi öz Soyumuzdan, Bizi öz Kökümüzdən uzaqlaşdırmağa çalışan bizdən olmayanlar var.

 

Əgər bu gün dünya çapındakı strateyi mübarizəmiz konseptual şəkildə ortalığa qoyularsa, onda 7 türk dövləti (Türkiyə, Azərbaycan, Quzey Kipr, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan) ilə yanaşı  40 milyonluq Güney Azərbaycan üstəgəl bügünkü Rusiya ərazisində olan daha 15 türk mənşəli cümhuriyyət, Doğu Türküstanı və bizə elə öz türklərimiz qədər daha sıcaq münasibətdə olan Pakistan timsallı islam ölkələrini  bir yerə toplamağın tam zamanı!!

 

Yaradaq bu BİRLİYİ. Dərdlərimizə çarə bulmaq üçün Avropanın hürüşən itlərinə verdiyimiz payın qarşılığında  öz türk və müsəlman qardaşlarımızla birlik nümayiş etdirsəydik, bu 27 ildə çox şeylər əldə olunardı. 1965-ci ildən Avropa Birliyinin qapısında mağmuncasına boyun buran Türkiyə hələ də Helmut Kolun “Avropa Birliyi xristian evidir” açıqlamasını eşitmək, birlikdəki dövlətlərin sayları 20-ni adlasa da, 12 həvari şərəfinə dalğalanan Avropa bayraqlarının kodlaşmış məzmununu görmək istəmir.  Əgər söhbət müharibədən gedirsə, onda ilk nöbədə informasiya  resursları, sonrasa digər sahələr hərbi rels üzərinə çıxarılmalıdır. Bunu danmaq lazım deyil ki,  məhz AXC-Müsavat cütlüyünün naşılığı ucbatından iç problemimizin həllini Böyük Azərbaycanın  qanına yerikləyənlərin əlinə verib, mağmuncasına “bu məsələləri siz həll edin” dedik. Və elə bununla da Daşbulağın suyuna tamarzı qalmağımızın təməli qoyuldu...

 

ATƏT-in TƏQDİM ETDİYİ QƏDƏR VƏ BİZİM YURD HƏSRƏTİMİZ

 

İndi də həmin kəslər bizlərə hansısa demokratiyadan,  hansısa insan haqlarından dəm vururlar – ancaq bir milyon 250 min azərbaycanlının acı taleyinə biganə qalıb, əxlaqsızcasına onu siyasi abortun predmetinə çevirirlər.  Axı hətta Bernard Şounun özü də zamanında bu adamların “demokratiyaları”na istehza edib. İndi gör biz nə gündəyik ki, hələ də Bernardın zamanında ilişib qalmışıq, özü də gerçəkliyə üzləşdiyimiz sitəmlərin fonunda deyil, ATƏT-n donuna bürünən bütlərin siyasi ehtirasları cuşə gətirən füsunkarlıqları təqdimatından çıxış edərək qiymət veririk. Trampların, Makronların, Putinlərin bizlərə verəcəyi Azadlıq onların uğrunda vuruşduqları və istədikləri qədərdir. Bu “qədər”dəsə bizim arzuladığımız xoş gələcək, bizim arzuladığımız Sarıbabadan, Qırxqız yaylasından yurdumuzu seyr etmə amacı yoxdur. Bizim tarixi torpaqlarımız zaman-zaman rusun, farsın, ingilisin, fransızın əliylə param-parça edilməyibmi!? Bəşər tarixində ən qanlı olayları, soyqırımları elə bu qüvvələr törətməyibmi!?

 

713 SAYLI  HƏRBİ HİSSƏNİN ƏSGƏRİNİN  “ULTİMATUMU”NDA GİZLƏNƏN HƏQİQƏTLƏR

 

Amerikanlar qitənin kəşfindən sonra 400 il müddətdə 75 milyon hindunu qətl edib, onların tarixini yer üzündən silmək üçün “qırmızıdərililər”in müqəddəs sandıqları məkanın üstündə özlərinə bugünkü Ağ Evi ucaltmadılarmı?

 

Hinduların Nigaran Ruhları bu gün də Ağ Evin divarları altında inləmirmi!? Diminiki işğal edib30 min insanı qətlə yetirən, 1965-ci ilə kimi bu dövlətin daxili siyasətinə tüpürməklə öz kuklalarını həmin dövlətin başında oturdan,  xarici borca görə Meksikada 20 min insanı qətlə yetirən, materikin kəşfindən sonra 400 ildə Afrikanın 90 milyon insanını məhv edən, 15 milyonunu kölə halına salan, Karib adalarının əhalisinin tam 90 faizini kölələşdirən, qaniçən Pinoçeti hakimiyyətə gətirməklə Çilidə  yüz minlərlə adamı işgəncələrə məruz qoyduran,m Cənubi Koreyanın işğalıylas 500 min adamı öldürüb, 600 min adamı yaralayan, ikinci dünya müharibəsi zamanında 1945-ci il  6-9 avqustda Xirosima və Naqasakiyə atdığı atom bombasıyla 400 min insanı  məhv edən və indinin özünədək o yerlərin adamına həmin zərbənin dəhşətlərini yaşadan,  öz mövqelərini Vyetnamda möhkəmləndirmək üçün 1955-1975-ci illərdə 1 milyon 500 min insanı  “uf” demədən qətlə yetirən, 1956-1959-cu illərdə Kubada reyimin əliylə 60 min insanı məhv edən, dünyanın neft ehtiyatlarına yiyələnmək və türklərin ən qədim Şumer mədəniyyətlərinin tarixini yer üzündən silmək üçün İraqda 2 milyon 500 min insanı məhv edən məhv edən, qoca Şərqin altını üstünə çevirən AMERİKA OLMAYIBMI!?

Əlcəzairdə 1,5 milyon insanı qətlə yetirən, bütün multikultural dəyərlərə tüpürüb müsəlmançılığa qarşı səlib yürüşü aparan, Qəddafilərlə öpüşüb sonradan onu düşmən elan edən, erməniləri sivil dünyanın üzərinə qaldıran FRANSA OLMAYIBMI!?

Çarizm dövrünün soyqırımlarını, Oktyabr inqilabının dəhşətlərini heç dilə gətirmirəm, 1933-cü ildə Doğu Türküstan İslam Cümhuriyyətində,  Ahıska türklərinə, çərkəzlərə, çeçenlərə, azərbaycanlılara qarşı törətdiyi soyqırım, millətlərin deportasiyası, Vilnüsdə, Tiflisdə, Azərbaycanda, Abxaziyada düzənlədiyi qanlı olayları, 20 Yanvar faciəsini, Umudlu,, Qaradağlı, Xocalı soyqırımını törədən RUSİYA OLMAYIBMI!?..

 

Güney Azərbaycanda 40 milyon Azərbaycan türkünün haqqını, hüququnu tapdalayan, bu hüquqa tüpürən, erməniyə qardaş deyən, erməniylə birgə layihələr hazırlayan indiki İRAN OLMAYIBMI!?

 

Bütün bunların qarşılığında biz başıdaşlılar da Qarabağ probleminin həllini bu dövlətlərdən gözləyirik. Bu mənada 713 saylı hərbi hissənin döyüşçülərindən olan Daşqının Rusiyaya üz tutub “erməni adlı itini Qarabağdan aç, apar” ultimatumunu biz fərd olaraq çoxdan verməliydik. Və o ultimatumu fərd olaraq verməliyik də!

 

Biz bir millət olaraq öz iç problemimizin həllini belə yırtıcı xislətlilərə həvalə etməklə həm də məhvimizə qol çəkmiş oluruq.  İtirilən yurd yerlərimizin fonunda bir-birimizi döyəcləməklə “vətəndaş” ola bilməməyimizin sirrini açanlar tək davranırıq. Belə vətəndaşlıq eşqisə faciəvi sərsəmliyə gətirib çıxarır ki, bütün bunlar da bir yanlışdır. Belə yanlışlar bizi Şah İsmayıl dönəmindən üzü bu yana 33 dəfə kiçilməyimizə səbəb olub, əfəndilər. Böyük Atatürk söyləmiş ki, “türklər zamanı gələndə hərbi sülhdən daha çox sevərlər”. Siz sivil dünyanın nadanları Azərbaycanı, Azərbaycan Döyüşçüsünü başqa yöndən çıxış etməyə vadar etmisiniz. İndi də 713 saylı hərbi hissənin Döyüşçüləri böyük Atatürkün təbirincə məsələyə yanaşıb artıq zamanı gəlib, “biz hərbi sülhdən daha çox sevirik”  deyirlər...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...