“Bu Sərəncam əlil uşaqların gələcəyə inamını artırır"

17:53 04-05-2019 | icon 413 | Siyasət
“Bu Sərəncam əlil uşaqların gələcəyə inamını artırır"

“Azərbaycan dövləti daim əlil vətəndaşlarına davamlı diqqət və qayğısını göstərir və bu amil deyərdim ki, ilk növbədə yürüdülən uğurlu sosial siyasətin mühüm tərkib hissələrindən biridir”.

 

Versus.Az SİA-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məcisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı Prezident İlham Əliyevin I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqından azad edilməsi ilə bağlı Sərəncam imzalamasını şərh edərkən deyib.

 

Komitə sədri qeyd edib ki, xüsusilə əlil uşaqlara, gənclərə, yeniyetmələrə göstərilən dövlət qayğısı və sözügedən Sərəncam onların həyatlarına olan baxışlarının optimizm, gələcəyə inam üzərində təşəkkül tapmasına kifayət qədər zəmin yaradır:

“Əgər biz həmin məsələyə sadə bir insan, bir ana və valideyn kimi yanaşarsaq, burada sonsuz mərhəmət və humanizm dəyərlərinin ali məqamlarını görmüş olarıq. Məhz Prezident İlham Əliyev cənablarının hər zaman əlil uşaqları diqqətində saxlaması onların sağlam insanlarla eyni cərgədə dayanmaq, ölkə və xalq üçün yararlı vətəndaş olmaq arzularını gerçəkliyə çevirir. Bu gün ölkəmizin müxtəlif bölgələrində sağlamlıqları məhdud olan uşaqlar, yeniyetmə və gənclər üçün maksimum şərait yaradılıb. Təhsiləqədər müəssisələrdən tutmuş, reabilitasiya və müalicə mərkəzlərinə qədər çoxsaylı strukturlar fəaliyyət göstərməkdədir. Düşünürəm ki, bu Sərəncam da, artıq özü-özlüyündə hər bir insanpərvər, vətənsevər şəxsin sevincinə səbəb olmaqdadır”.

 

Komitə sədri Sərəncamın əhəmiyyəti və əlil uşaqlara verəcəyi töhfələri ilə bağlı detalları açıqlayıb və qeyd edib ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin təməlində dayanan daha bir faktor sabitliyin və iqtisadi uğurların məntiqi nəticəsidir:

 

“Bildiyimiz kimi, qərara əsasən həmin şəxslərin xərcləri dövlət büdcəsi hesabında ödəniləcək və Sərəncam bir daha sübut edir ki, İlham Əliyev cənabları daim xalqın yanındadır. O cümlədən, dövlət başçımız öz xalqına güvəndiyi kimi, Azərbaycan xalqı da öz Prezidentinə sonsuz etimad göstərir. Yalnız bu Sərəncam deyil, eləcə də son aylarda reallaşdırılan və islahatlar paketinə daxil olan digər sosialyönümlü qərarlar da bütövlükdə uğur tandeminə əsaslandırıla bilər. Əbəs deyil ki, hər bir sosial sifariş cənab İlham Əliyev tərəfindən anında diqqətə alınır və ardınca müvafiq qərarlar qəbul edilir. Belə bir mütərəqqi sosial siyasət hətta dünyanın aparıcı dövlətlərində belə yürüdülmür. Əlbəttə ki, hər bir azərbaycanlı bundan sonsuz qürur duyur, fəxarət hissləri keçirir”.

 

“Əlbəttə, biz belə bir mütərəqqi Sərəncamın imzalanmasına görə, ölkə başçımıza dərin minnətdarlığımızı bildiririk”, deyə qeyd edən Aqiyə Naxçıvanlı həmin Sərəncama aid edilən kateqoriyaları da xatırladıb:

“Bu Sərəncama məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları, şəhid ailəsi statusunu almış ailənin üzvləri, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər aiddirlər. Ümumiyyətlə, ölkə Prezidentinin son vaxtlarda həyata keçirdiyi inqilabi xarakterli sosial-iqtisadi islahatlar xalqımız tərəfindən rəğbətlə qarşılanır. Söz yox ki, bu kimi humanizm prinsiplərinə söykənən, özündə nəhəng insanpərvərlik ruhunu ehtiva edən Sərəncamdan yararlanacaq əlil uşaqlar öz Vətənlərinə daha bağlı olan vətəndaşlar kimi yetişəcəklər. Xüsusilə, Ali təhsil müəssisələrinə qəbul ərəfəsində cənab Prezidentin imzaladığı Sərəncam sağlamlıq imkanları məhdud olan bir çox gəncə və onların ailələrinə hədsiz sevinc bəxş edir. Həmin kateqoriyadan olan gənclər məlum qərardan ruhlanaraq əminliklə elmlərə yiyələnəcək və ölkə üçün əhəmiyyətli şəxslər olacaqlar. Habelə, bu Sərəncam gənclərə və onların valideynlərinə maddi dəstəklə yanaşı mənəvi stimul da verəcəkdir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı