Əli İnsanov - başına kəfən salmış qisasçı

18:18 04-05-2019 | icon 1043 | Köşə
Əli İnsanov - başına kəfən salmış qisasçı

O, ermənilərə firavan həyat, azərbaycanlılara isə qisas mesajı verdi

MÜŞFİQ ƏLƏSGƏRLİ

/JHİ sədri/

 

Həbsdən çıxdığı gün keçirdiyi qısa brifinqi nəzərə almasaq, Əli İnsanovun 2 may tarixində mediaya verdiyi açıqlamanı, onun ilk geniş müsahibəsi saymaq olar.  Kaş ki, bu müsahibəni verməyəydi. Adam danışdıqca həm özünü ifşa edib,  həm də xalqımız üçün yeni problemlərin təməlini qoyub.

 

Diqqət çəkən ilk məqam müsahibənin  xarici KİV-lərə verilməsidir. Hansılar ki, Azərbaycana qarşı dost münasibət göstərməyiblər, ölkəmizin ciddi problemlərini heç vaxt işıqlandırmayıblar, qaçqın, köçkün problemini görməzdən gəliblər, yalnız qalmaqal yaratmaq,  anti-təbliğat kampaniyalarına qoşulmaqla yadda qalıblar. Əli İnsanovun da ilk açılım  üçün bu cür transmilli KİV-lərə  üz tutması təsadüfi deyil. Çünki, onun müsahibəsi ünvanlı mesajlarla zəngindir. Bu mesajların əksəriyyəti milli maraqlara qarşı yönəlib, xaricdən himayəçi axtarışına hesablanıb. Himayə olunacağı təqdirdə  milləti “su qiymətinə satacağını” vəd edib. Özünə hörmət edən hansısa milli KİV qurumu, yəqin ki, bu mesajları dərc etməzdi.

 

Əli İnsanov çıxışına başlayan kimi,  erməni atalar sözlərindən sitatlar gətirib. Düşünməyin ki, uzun müddət həbsdə qalmış bir adamın yaddaşı pozulub, Azərbaycan zərb məsəllərini unudub, ona görə qondarma erməni folkloruna müraciət edib. Yox, tam əksidir, onun yaddaşı yerindədir. Ermənilərdən sitata gətirməklə, məhz ermənilərə və erməni havadarlarına mesajlar verib. Bu mesajları öncə atalar sözü ilə ifadə edir. Deyir: “Ermənilərin gözəl atalar sözü var: çörək haradadır, vətən oradır”. Bundan sonar İnsanov fikrini daha açıq tekstlə ifadə edir: “Ermənilərə firavan həyat bəxş etmək lazımdır ki, Azərbaycanda rahat yaşamaqlarının mümkün olduğunu görsünlər”. Hər kəs bilir ki, kökündən yanlış tezisdir. Çünki, ermənilər Qarabağ müharibəsinə qədər Azərbaycanda firavan həyat sürüblər. Amma fürsət yaranan kimi, öz xəyanətlərini büruzə veriblər. Bunu kim də bilməsə, İnsanov yaxşı bilir. Onun yaşı, iş təcrübəsi imkan verir bilsin ki, ermənilərə Azərbaycanda tarix boyu necə  şərait yaradılıb, onlar isə qarşılığında  Azərbaycana necə zərbə vurublar. Bunları bilə-bilə, İnsanov yenidən “ermənilərə firavan həyat vəd etməklə nə məqsəd güdür?  Mətiq deyir ki, adamın yeganə məqsədi erməni lobbisindən dəstək almağa hesablanıb.

 

Əli İnsanov siyasətə döndüyünü elan edir. Tezliklə siyasi partiya quracağını, tərəfdaşlarını toplayacağını bildirir. Normal halda siyasətə gəlmək istəyən şəxs, ilk mesajını öz xalqına, yaşadığı topluma verməlidir. Dəstəyi xalq arasında axtarmalıdır. İnsanov  hazırda yaşadığı Azərbaycan toplumuna deyil də, ilk mesajını nədən ermənilərə ünvanlasın, dəstəyi orada axtarsın?  Fikirlər çoxdur, sırada məntiqli görünənlər də var.

 

İnsanov vəzifəyə, dövlətə, millətə, xalqa olan münasibətini nazir işlədiyi dönəmdə büruzə verib. Rüşvət, qisasçılıq, “tayfabazlıq” kimi çirkinlikləri özü üçün prinsipə çevirib. Kiminsə ortaya çıxıb İnsanovun nazir işləməsindən razılıq ifadə etməsini görmüsünüzmü?  Həbsi də bu neqativlərlə bağlı olub. Əlavə olaraq, dövlət çevrilişinə cəhd ittihamı alıb. Nəticə çıxır ki, adamın planı baş tutsaydı, yəni dövlət çevrilişinə nail olub daha yüksək posta gəlsəydi, neqativ davranışlarının  çevrəsi də  artacaqdı.

 

Onun bir məmur olaraq davranışları jurnalistlərə daha çox tanışdır. Azərbaycanda senzura ləğv edildikdən sonar  mediaya  qarşı ən çox məhkəmə iddiası qaldıran məmur kimi qalıb yaddaşlarda. 2000-ci illərin əvvəllərində jurnalistlərin ən çox piket keçirdikləri,  etiraz etdikləri məkan Səhiyyə Nazirliyinin qarşısı olub. 

 

Həbsdə qaldığı müddət ona səhvini anlamaq üçün kifayət etməyib. Əfv edilib azadlığa qovuşduğu ilk anda, həbsxana qapısında keçirdiyi ilk brifinqdə elan etdi ki, “mən dəyişməmişəm”. Dəyişməyibsə, xalq onun yeni yaradacağı partiyaya dəstək verəcəkmi? Məntiq yox deyir. KİV-lər də ona dəstək verməzlər. Yəqin ki, bütün bunları  özü də hesaba alıb. Deməli, ilk müsahibəsini xarici KİV-lərə verməsi, burada  erməni atalar sözündən sitat gətirməsi,  ermənilərə mesaj göndərməsi,  hakimiyytə gələrsə, onlara firavan həyat yaradacağını vəd etməsi təsadüfi deyil. 

 

İnsanov müsahibəsində Azərbaycan auditoriyasını da unutmayıb, onlara da mesaj göndərib. Problem, bu mesajların ifadə etdiyi mənalardadır. “Kəfən geyib gəlmişəm” deyən  insanovun Azərbaycan xalqına verdiyi mesaj vətəndaş qarşırurması və qisasçılıqdır. Xalq işini bilsin: gündəmə yeni müxalifət partiyası, onun önündə isə başına kəfən salmış qisasçı gəlir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı