Jurnalistin qollarına qandal vurularaq aparılır

20:43 04-05-2019 | icon 676 | Köşə
Jurnalistin qollarına qandal vurularaq aparılır

Əli Həsənovun 4 nəfəri öldürmüş nəvəsi isə azadlıqda gəzir

MEHRİBAN SADIQOVA

/AXCP sədr müavini/

 

Jurnalist Şəfəq Ağacanın narkotik satışı ilə bağlı həbs olunması və buna etiraz əlaməti olaraq xanımın aclıq aksiyası keçirməsi çox sarsıtdı məni...

 

Əvvəlcə onu qeyd edim ki, şəxsən o xanımı tanımıram. Düzü yazmayıb, gözləyirdim ki, indi bu həbsə qarşı hamı öz iradını bildirəcək, bir xanımın, bir ananın utanmadan qollarına taxılan qandallara qarşı etirazlar səslənəcək. Cinayət motivi barədə danışmaq istəmirəm, amma məhz bu xanımın çəkdiyi kadrlarla həbsinin arasındakı təzadlı baxışları qəbul etmirəm. Narkomaniyaya qarşı mübarizə aparan və bu dəhşətli bəlanı lənətləyən birinin bu "ölüm" dən qazanc əldə etməsi faktı absurddur.

 

Bütün bu fikirləri bir kənara qoyuram. Hanı Mehmana (yeri gəlmişkən özüm də həmişə Mehmanı müdafiə edənlərdən olmuşam) azadlıq tələb edərək piket keçirənlər? Bu qadın da ona qarşı haqsızlıq etdiyini deyərək, aclıq aksiyasına başlayıb. Bəs niyə onu müdafiəyə qalxmırıq? Budurmu bizim insanlığımız? Budurmu bizim obyektivliyimiz? Budurmu bizim söz azadlığının boğulmaması üçün mübarizəmiz? Nəylərisə alıb, etiraz etməliyikmi? Xaricdən kapitallarmı axmalıdır bir xanımı müdafiə etməyə? Hanı qadın hüquqlarını müdafiə? Hanı? Hanı? Nəyi gözləyirik?


P.S: Əli Həsənovun 4 nəfəri öldürmüş nəvəsi azadlıqda gəzir, amma cinayət faktı təsdiqlənməmiş bir qadının qollarına qandal vurularaq aparılır. Eyibdir vallah...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin