"Arzuolunandır ki, bütün rusdilli məktəblərdə Azərbaycan bölməsi açılsın"

21:14 05-05-2019 | icon 416 | Cəmiyyət
"Arzuolunandır ki, bütün rusdilli məktəblərdə Azərbaycan bölməsi açılsın"

"Azərbaycanda rus dilinin statusu və rus məktəbləri ilə bağlı məsələnin aktuallığı qalmaqdadır. Mən də birmənalı şəkildə ölkədə təhsilin dövlət dilində - Azərbaycan dilində aparılmasının tərəfdarıyam".


Bunu Versus.Az-a açıqlamasında siyasi ekspert Əlabbas Məhərrəmli bildirib. Ekspert qanunvericiliyin əksinə olaraq, ölkədə təhsilin sırf rus dilində aparıldığı məktəblərin hələ qaldığını təəssüflə qeyd edib:

 

"Belə məktəblərin sayı hazırda nə qədərdir deyə bilmərəm, amma bir müddət əvvələdək 15 idi. Həmin məktəblərin də əksəriyyəti rayonlarda fəaliyyət göstərir. Bu, əlbəttə ki, təəssüf doğurur və bu vəziyyətin dəyişməsi üçün addımların atılması vacibdir".

 

Əlabbas Məhərrəmli əlavə edib ki, doğulub böyüdüyü Quba şəhərində fəaliyyət göstərən 3 saylı məktəbdə də tədris sırf rus dilində aparılır. Yəni rayonun bir neçə məktəbində Azərbaycan və rus bölmələri olsa da, 3 saylı məktəb tam "rusdillidir":


"Ancaq aldığım məlumata görə, Təhsil Nazirliyi Qubadakı 3 saylı məktəbdə Azərbaycan bölməsinin açılması istiqamətində hərəkətə keçib. Böyük ehtimalla, yeni tədris ilinə qədər bu işlər tamamlanacaq. Çox arzuolunandır ki, tək Qubadakı o məktəbdə deyil, bütün rusdilli məktəblərdə Azərbaycan bölməsi açılsın. Yekunda isə tədris ümumiyyətlə, Azərbaycan dilinə keçirilsin. Cəmiyyətin davamlı reaksiyası da bu məsələyə təkan verə bilər".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol