Builki tələbə qəbulunda bu ixtisaslara üstünlük verilib

10:29 06-05-2019 | icon 326 | Təhsil
Builki tələbə qəbulunda bu ixtisaslara üstünlük verilib

Builki tələbə qəbulunda daha çox texniki ixtisaslara üstünlük verilib.

 

Versus.Az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib.

 

Onun sözlərinə görə, bu gün daha çox iqtisadiyyatın kənd təsərrüfatı, informasiya texnologiyaları kimi ixtisaslarına diqqət artıb:

“Bu il hazırlanan tələbə qəbulu proqramında artıq bu istiqamətlər öz əksini tapıb. Biz görürük ki, burada texniki ixtisaslara daha çox üstünlük verilib. Çünki əmək bazarı çevik bir sahədir. Elə ixtisaslar var ki, bu gün onların mövcud olmasına ehtiyac yoxdur. Amma elə ixtisaslar da var ki, bu gün əmək bazarına yeni daxil olur. Biz daim bu prosesi izləməliyik və bizim strategiyamız buna uyğun olmalıdır”.

 

İ.Əliyev hesab edir ki, iqtisadiyyatda baş verən dəyişikliklər əmək bazarında, əmək bazarında baş verən dəyişikliklər isə təhsil sistemində öz əksini tapmalıdır. Təhsil proqramları da buna uyğun hazırlanmalıdır:

“Bu proses zəncirvari həyata keçirilir və gələcəkdə də nəzərə alınacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF