Uzunömürlülərimiz bu ərazilərdə daha çoxdur

15:32 06-05-2019 | icon 354 | Cəmiyyət
Uzunömürlülərimiz bu ərazilərdə daha çoxdur

Azərbaycanda uzunömürlülərin - yaşı 90 və daha çox olan şəxslərin sayı artıb.

 

Versus.Az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu il yanvarın 1-ə olan məlumata görə, ölkə üzrə 15148 nəfərin yaşı 90 və daha çoxdur. Bu rəqəm 2015-ci ildə 10171, 2016-cı ildə 10880, 2017-ci ildə 11820, 2018-ci ildə 12207 nəfər olub. Ölkədəki uzunömürlülərin çoxu qadınlardır.

 

Azərbaycanda uzunömürlülərin çoxu - 2680 nəfər Bakıda yaşayır. Onların 1262-si kişi, 1418 nəfəri qadındır.

Yaşı 90 və daha yuxarı olan şəxslər Bakıdan sonra əsasən Ağdam, Şəmkir, Gədəbəy, Tovuz rayonlarında yaşayırlar. Ağdam rayonunda yaşı 90 və daha yuxarı olan 387 nəfər (119 kişi, 268 qadın), Şəmkir rayonunda 346 nəfər (74 kişi, 272 qadın), Gədəbəy rayonunda 335 nəfər (91 kişi, 244 qadın), Tovuz rayonunda 270 nəfər (82 kişi, 188 qadın) yaşayır.

 

100 və yuxarı yaşda əhali daha çox Bakı şəhərində (114 nəfər, ondan kişilər - 39, qadınlar - 75), Ağdam rayonunda (41 nəfər, ondan kişilər - 6, qadınlar - 35), Laçın rayonunda (15 nəfər, ondan kişilər - 2, qadınlar - 13), Babək rayonunda (14 nəfər, ondan kişilər - 4, qadınlar - 10) və Lənkəran şəhərində (13 nəfər, ondan kişilər - 5, qadınlar - 8) yaşayır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”